"“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz" - Jurnalist gördüyünü yazır

\"“Bravo” rəhbərliyinə müraciət edirəm, qadına qarşı belə münasibət olmaz\" - Jurnalist gördüyünü yazır

CƏMİYYƏT

Bugün, 00:17

"“Bravo” marketlər şəbəkəsinin rəhəbrliyindən xahiş…Bu gün “Bravo” marketlərdən birinə getmişdim. Gördüyüm mənzərə mənə o qədər pis təsir edib ki, nə yazacağımı bilmirəm".

Mia.az xəbər verir ki, bu sözləri jurnalist İlkin Muradov Feysbuk-dakə səhifəsində yazıb.

O bildirib ki, kassaya yaxınlaşanda kassadakı xanımın bir əlinin korsetdə olduğunu görüb: "İnanın mənə, o qədər pis oldum. Soruşdum ki, bu vəziyyətdə necə işləyə bilərsiz? Dedi ki, icazə vermirlər. Çarəsiz vəziyyətdə sağa baxdım, sola baxdım. Bilmədim nə deyim, nə edim.

Əlimdən gələn budur...

“Bravo” rəhbərliyinə müraciət edirəm, xahiş edirəm. Bu vəziyyəti aradan qaldırın. Bir insana, bir qadına bu münasibəti qəbul etmək olmur. İnsanlar yazıqdır axı…".

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR