PEZEŞKİAN BMT-də ALBOM VƏRƏQLƏDİ, HƏM SÜLH, HƏM DƏ SAVAŞ MESAJI VERDİ: "Ağır və heyrət doğuran cavabımız olacaq!"

PEZEŞKİAN BMT-də ALBOM VƏRƏQLƏDİ, HƏM SÜLH, HƏM DƏ SAVAŞ MESAJI VERDİ: \"Ağır və heyrət doğuran cavabımız olacaq!\"

GÜNDƏM

Bugün, 00:09

İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında tribunadan çıxış edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, çıxışı zamanı Trampın onları "terrorçu" adlandırmasına cavab olaraq, əvvəlcə İsraillə ABŞ-ınbirgə ölkəsinə hücum zamanı həyatını itirən iranlı mülki şəxslərin fotolarının əks olunduğu fotoalbomu nümayiş etdirib.

İran prezidenti fotoalbomu bir-bir vərəqləyərək, məzarlıqları, həlak olan qadın və azyaşlıların şəkillərini, mülki obyektləri nümayiş etdirib.

Pezeşkian bildirib ki, terrorçu və təcavüzkar dövlət İran deyil, mıhz İrana hücum edən ABŞ və İsraildir: "Baxın, bu fotolarda görünənlər ABŞ və İsrail tərəfindən öldürülən mülki şəxslər və uşaqlardır. Onlar, yəni, iranlılar terrorizmin qurbanıdır. Bu terrorçular və terrorizm tərəfdarları bizi terrorçu adlandırırlar. Halbuki dövlət və xalq olaraq biz yalnız özümüzü müdafiə etdik, biz terrorçu deyilik. ABŞ və İsrail İrana ən müasir silahlarla hücum edib, İran isə ancaq özünü müdafiə eləyib. Onlar bizim məktəbləri, xəstəxanaları, körpüləri və digər mülki infrastrukturu, hətta toy mərasimlərini vurublar. İran heç vaxt müharibəyə başlamayıb və həmişə danışıqlar masasına sadiqliyini nümayiş etdirib. Müharibə bizə tətbiq edilib. Özümüzü müdafiə etmək üçün müharibədən qorxmadığımızı və paralel olaraq sülh danışıqlarından çəkinmədiyimizi sübut etdik, yenə də etməkdəyik. Buradan açıq deyirəm:  sevimli İranımızı sona qədər müdafiə edəcəyik.

Onu da yaxşı bilirik ki, ABŞ-ın dəstəklədiyi İsrail bölgədə istədiyi yerə bomba atır, istədiyi yerdə terror edir. Onlar heç bir beynəlxalq qanun və qaydaya əməl etmirlər. Maraqlı budur ki, atom - nüvə bombası İsraildədir, ancaq ABŞ-ın təhdidi ilə müfəttişlər İranda nüvə silahı axtarır. Niyə nüvə silahına malik İsraildə araşdırma aparılmır? İsrail niyə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə qoşulmaqdan imtina edir və tarixi boyunca heç bir beynəlxalq müfəttişə icazə verməyib. Dediyim kimi, İsrail atom bombasına sahibdir, ancaq bunlara nəzarət edən yoxdur. Niyə?! İsrail vurur, biz müdafiə olunuruq,  amma İrana sanksiyalar tətbiq olunur. Ədalət budurmu? Əgər ədalət axtarırıqsa, dostlar və rəqiblər eyni standartlarla mühakimə olunmalıdır. İran xüsusi imtiyazlar tələb etmir, yalnız bərabər hüquqlar tələb edir. İran nüvə silahı istəmirik, amma dinc nüvə proqramımıza məhdudiyyətləri qəbul etmir, etməyəcəyik. Dinc nüvə texnologiyası üçünsə heç kimin icazəsinə ehtiyacımız yoxdur. Biz heç vaxt hüquqlarımızdan imtina etməyəcəyik. 

Qaldı Hörmüz boğazına, orada biz dünyaya problem yaratmaq istəmirik. Hörmüz boğazında yaranan problem ABŞ-dan qaynqlanır. Nə işi var ABŞ-ın orada? İran öz qonşularını təhlükəsizlik rəqibi kimi görmür. Biz öz  güclü qonşularımıza sahib olmaqla onlarla hər problemi yoluna qoya bilirik. Hörmüz boğazından - su yolundan bizə qarşı təcavüzlərə zəmin və imkan yarada bilmərik. Məsələ budur. Ölkəmizı hücum var, havadan, dənizdən əhalimizi öldürürlər. Biz niyə özümüzü qorumamılıyıq? ABŞ indi bizim öz su yolumuza çıxışımızı bağlayır. Bununla yetinməyb bölgəmizə raketlər və ölümcül hərbi texnologiyalar tədarük etməyə davam edirlər.

İran düşmənlərini açıq şəkildə xəbərdar edir: əgər  hər hansı bir təcavüzə olduqca ağır və heyrət doğuran cavabımız olacaq! 

Biz bir daha düşmənlərə deyirik ki, danışıqlara hazırıq, lakin biz müharibədən heç bir halda qorxmuruq. Heç bir halda, heç bir gücün təzyiq, güc və təhdid ilə tələblər qəbul edilə bilməz!"

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR