Özgür Özəl növbəti problemlə üzləşib - Partiyanın adı dəyişəcək?

Özgür Özəl növbəti problemlə üzləşib - Partiyanın adı dəyişəcək?

SİYASƏT

Bugün, 00:03

24 iyul 2026-cı ildə 91 deputatla birgə Yeni Partiyanı quran Özgür Özəl növbəti problemlə üzləşib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu dəfə ona elan etdiyi Yeni Partiyanınadı ilə problem yaradılıb.

Məlumata əsasən, adındakı "Yeni" sözünün Yenilik Partiyası tərəfindən narazılıqla qarşılanması və  Ali Məhkəməyə müraciət etməsi vəziyyəti dəyişib. Partiya iddia edib ki, ad oxşarlığı seçicilərdə çaşqınlıq yaradacaq və bu səbəbdən Yeni Partiya adını dəyişilməlidir.

Türkiyə mətbuatı yazır ki, məhkəmə Yeni Partiyaya ad dəyişdirilməsi tələbi ilə bağlı bildiriş göndərib.

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR