Gənclər Fondunun qrant müsabiqəsi: nəticələr açıqlandı

Gənclər Fondunun qrant müsabiqəsi: nəticələr açıqlandı

GÜNDƏM

Bugün, 13:07

Azərbaycan Gənclər Fondunun mayın 22-dən iyunun 28-dək keçirdiyi "Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi"nin nəticələri elan edilib.

Mia.az xəbər verir ki, qrant müsabiqəsinin məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialının inkişaf etdirilməsi, onların cəmiyyətin sosial, iqtisadi, mədəni və ictimai həyatında fəal iştirakının təşviqi, innovativ və ictimai faydalı təşəbbüslərinin dəstəklənməsi, həmçinin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə vermək olub.

Fondun Müşahidə Şurasının qərarına əsasən 52-si yerli, 3-ü beynəlxalq olmaqla 55 gənclər təşkilatının, 84 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR