Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...

Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...

MƏDƏNİYYƏT

05.09.2026, 23:49

Türkiyəli məşhur aktyor Serhat Mustafa Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü tapılıb.

Mia.az xəbər verir ki, 1-2 gündür xəbər alınmayan Kılıçın sevgilisi bu barədə polisi məlumatlandırb.

Məlumata görə, bundan sonra polis təlimatıyla evin qapısı açılıb: "Gözləri, qolları və ayaqları ətrafında qançırlarla qonaq otağında tək kresloda hərəkətsiz oturmuş vəziyyətdə meyiti aşkarlanan aktyorun evində narkotik maddə də tapılıb".

Məlumata əsasən, aktyorun şübhəli ölümü ilə bağlı istintaq aparılır.

Xatırladaq ki, aktyorun 51 yaşı vardı. O, bir çox məşhur film və seriallarda uğurlu rolları ilə tanınıb.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR