ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR
MƏDƏNİYYƏT
21.10.2026, 23:25
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir. Oktyabrın 21-də öz işinə başlayan sərgi Bakı Ekspo Mərkəzində təşkil olunub və ayın 27-dək davam edəcək.
MİA.az xəbər verir ki, ADPU-nun sərgi stendində universitetin professor-müəllim heyətinin müəllifi olduğu elmi əsərlər, dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar və digər nəşrlər nümayiş etdirilir. Təqdim olunan nəşrlər ali təhsil müəssisəsinin elmi potensialını, tədris və tədqiqat istiqamətlərini, eləcə də ölkənin təhsil və elm sahəsinə verdiyi töhfəni əks etdirir.
Sərgi çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov da universitetin stendini ziyarət edib. Rektor nümayiş olunan nəşrlərlə tanış olub, sərginin əhəmiyyəti və universitet nəşrlərinin təbliği ilə bağlı fikirlərini bölüşüb, əməkdaşlara müvafiq tövsiyələrini verib.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov universitetin elmi nəşrlərinin sərgidə nümayişinin elmi nəticələrin daha geniş auditoriyaya çatdırılması və tədqiqat fəaliyyətinin təşviqi baxımından əhəmiyyətini vurğulayıb. O, kitabların və elmi ədəbiyyatın təbliğinin gənc nəslin intellektual inkişafına, elmi dünyagörüşünün formalaşmasına və mütaliə mədəniyyətinin güclənməsinə töhfə verdiyini qeyd edib.
ADPU-nun filologiya fakültəsinin dekanı Könül Həsənova sərginin tələbələrin mütaliəyə marağının artırılması və ədəbiyyata bağlılığının gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, kitabların dil və nitq bacarıqlarının inkişafında, eləcə də tələbələrin dünyagörüşünün zənginləşməsində mühüm rol oynadığını qeyd edib.
ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova bildirib ki, universitetin sərgidə iştirakı elmi nəşrlərin daha geniş oxucu auditoriyasına təqdim olunması, müəllim və tədqiqatçıların elmi fəaliyyətinin təşviqi, həmçinin akademik mühitlə cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, XII Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında təşkil olunan sərgi kitab və mütaliə mədəniyyətinin təşviqinə, nəşriyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Sərgi çərçivəsində kitab təqdimatları, imza mərasimləri, görüşlər və müxtəlif mədəni tədbirlər keçirilir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb
Bugün, 00:39 CƏMİYYƏT
-
“İri Şəhərlərin Su Təchizatı” QSC-yə yeni sədr təyin olundu - Tahir Xəlilov da yola salındı (ÖZƏL)
Bugün, 00:05 CƏMİYYƏT
-
Parisdə keçirilən Muaytay üzrə Avropa Çempionatı - Azərbaycan idmançıları tarix yazdı
Bugün, 00:01 İDMAN
-
ADPU XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTOLAR
21.10.2026, 23:25 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub - FOTOLAR
21.10.2026, 23:11 GÜNDƏM
-
ƏHMƏD ƏHMƏDZADƏNİN BACISI OĞLU YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLDİ - Zakir Quliyev Mikayılovun müşaviri, Əli Əsədovun köməkçisinin isə...
21.10.2026, 20:17 CƏMİYYƏT
-
Ərdoğan İlham Əliyevə zəng edib
21.10.2026, 19:10 GÜNDƏM
-
Noyabr ayında neçə gün rəsmi iş günü olmayacaq?
21.10.2026, 18:04 GÜNDƏM
-
Məşhur aktyorların yer aldığı serial gözlənilən reytinqi toplaya bilməyib - FOTOLAR
21.10.2026, 17:49 MƏDƏNİYYƏT
-
"Bir Başkadır" serialının ikinci mövsümü... - 6 il sonra ekranlara dönür
21.10.2026, 17:20 MƏDƏNİYYƏT
-
"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradıldı - Sərəncam
21.10.2026, 17:08 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.10.2026, 17:00 GÜNDƏM
-
Okeanın ortasındakı 46 illik günbəzin qorxunc sirri...
21.10.2026, 16:34 DÜNYA
-
Türkiyə MHK-nın yeni sədri əcnəbi oldu
21.10.2026, 16:11 İDMAN
-
Bu günün "bomba"sı: "Qalatasaray"ın hücumçusu modellə evlənir?
21.10.2026, 15:53 İDMAN
-
Türkiyənin bu şəhərində 500 məzar qazılır - Səbəb + FOTOLAR
21.10.2026, 14:50 DÜNYA
-
Jurnalist İsmayıl Arı saxlanıldı
21.10.2026, 14:32 PRESS
-
Qripə qarşı vaksinlər gətirilib
21.10.2026, 13:57 CƏMİYYƏT
-
Qordana Silyanovska-Davkova Azərbaycan Prezidentinə zəng edib
21.10.2026, 13:47 GÜNDƏM
-
Yunus Akgün: "Qalib gəlmək üçün hərşeyi edəcəyik"
21.10.2026, 12:55 İDMAN
-
Okan Buruk: "Yaxşı bir komandaya qarşı oynayacağıq"
21.10.2026, 12:24 İDMAN
-
Rəsmi Tehran: "Ölkəmizdən bir qram da zənginləşdirilmiş uran çıxarılmayacaq" - "İranın bütün şərtləri tam yerinə yetirilməlidir"
21.10.2026, 11:48 GÜNDƏM
-
Sergen Yalçın: "Milli komanda üçün uğurlu bir yol bizi gözləyir"
21.10.2026, 11:21 İDMAN
-
Şans birdən onlara tərəf dönəcək: üç BÜRC, çox yaxşı dəyişikliklərə hazır olun!
21.10.2026, 11:06 CƏMİYYƏT
-
"Beşiktaş" "Kristal Palas" matçının hazırlıqlarına başlayıb
21.10.2026, 10:59 İDMAN
-
Britaniya Səudiyyə Ərəbistanına döyüş təyyarələri göndərdi
21.10.2026, 10:30 DÜNYA
-
Azərbaycan nefti daha bir dollar qalxdı
21.10.2026, 10:04 İQTİSADİYYAT
-
NATO Qara dənizdə Rusiyaya qarşı... - Əlavə qüvvə göndərilir
21.10.2026, 10:02 GÜNDƏM
-
"Qalatasaray" "Lill" klubu ilə matçın heyətini açıqlayıb
21.10.2026, 09:46 İDMAN
-
Donald Tramp şok iddia irəli sürdü: "Rusiya axmaq bir generala görə Kiyevi tuta bilmədi, yoxsa bir günə müharibə bitərdi"
21.10.2026, 09:35 GÜNDƏM
-
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
21.10.2026, 09:22 CƏMİYYƏT
-
Çempionlar Liqası: 9 oyun keçirildi - NƏTİCƏLƏR
21.10.2026, 09:14 İDMAN
-
Mədinəyə dronla hücum olunub
21.10.2026, 09:04 DÜNYA
-
CHP-ni daxildən "sökürlər" - Daha bir bələdiyyə sədri 8 məclis üzvüylə istefa verdi
21.10.2026, 09:04 SİYASƏT