Daha bir kompleks Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - Sərəncam imzalandı

Daha bir kompleks Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - Sərəncam imzalandı

MƏDƏNİYYƏT

Bugün, 15:54

Gəncə Memorial Kompleksi Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb. Nazirlər Kabineti Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsinin dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilməsini təmin etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR