"Fənərbağça" transfer haqqını artırdı, xorvat komandası geri çəkildi - Qolkiperin keçidi alınmadı

\"Fənərbağça\" transfer haqqını artırdı, xorvat komandası geri çəkildi - Qolkiperin keçidi alınmadı

İDMAN

Bugün, 14:38

"Fənərbağça"dan ayrılıb keçmiş komandası "Dinamo Zaqreb"ə dönmək istəyən xorvat qapıçı Dominik Livakoviçin transferi "daş"a dəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Dinamo Zaqreb" son anda Dominik Livakoviçlə müqavilə imzalamaq niyyətindən imtina edib.

Bildirilir ki, Xorvatiya komandası onun əvəzinə "Kopenhagen"də oynayan Dominik Kotarski ilə anlaşıb: "Xorvat komandasının keçmiş qolkiperindən imtinasına səbəb "Fənərbaxça" klubu rəhbərliyinin transfer haqqı olaraq 5 milyon avro tələb etməsi olub. İndisə io, geriyə - İstanbul komandasına qayıdacaq"

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR