Komitə sədri "Azəriqaz"a suallar ünvanladı: "Əməkdaşlar peşə sınaq imtahanına cəlb olunurmu?".

Komitə sədri \"Azəriqaz\"a suallar ünvanladı: \"Əməkdaşlar peşə sınaq imtahanına cəlb olunurmu?\".

CƏMİYYƏT

Bugün, 14:57

"Regionlarda, eləcə də Bakı və Bakıətrafı ərazilərdə Sayğac Əməliyyatları xidmətinə “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsinə yeni işə qəbul olunan əməkdaşlar peşə sınaq imtahanına cəlb olunurmu?".

Mia.az xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı dsosial media hesabında yazıb.

O, sahə üzrə ekpertə istinadla yazaraq daha sonra qurum rəhbərliyindən soruşub: 

- Son dövrdə 5 günlük kurs keçib sonda sertifikat alan çilingərlər daha sonra praktiki peşə sınağından keçirilirlərmi?

Əgər keçirilirlərsə, nəticələr necədir? Çünki son 3 ildə işə qəbul olunan bəzi əməkdaşların sayğac əməliyyatlarında işləməsinə baxmayaraq, hətta sayğacın dəyişdirilməsi kimi əsas işi bilməməsi barədə ciddi suallar yaranır.

Sual sadədir: kurs və sertifikat kifayətdir, yoxsa həqiqi peşə bacarığı da yoxlanılır?

Bəlkə tapşırıq əsasında işə götürülən şəxslərə görə peşə sınaq imtahanı ümumiyyətlə aparılmır?".

Məsələ ilə bağlı qurumun da mğövqeyini xəbərə əlavə etməyə hazırıq.

Samir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR