Azərbaycanın FMCG sektorunda ilk: Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib
İQTİSADİYYAT
13.08.2026, 17:11
Veysəloğlu Şirkətlər Qrupu BMT-nin Qlobal Sazişinə üzvlüyünün ilk ili çərçivəsində özünün illik İrəliləyiş hesabatını (CoP) hazırlayaraq BMT-yə təqdim edib.
Mia.az xəbər verir ki, bununla da Şirkətlər Qrupu Azərbaycanın FMCG sektorunda BMT Qlobal Sazişinin prinsiplərinin icrası üzrə sözügedən hesabatı hazırlayan ilk şirkət kimi çıxış edir.
CoP sənədi Veysəloğlu Şirkətlər Qrupunun BMT Qlobal Sazişinə üzvlüyünü uzunmüddətli biznes strategiyasının və korporativ idarəetmə yanaşmasının tərkib hissəsi kimi qəbul etdiyini və bu prinsipləri fəaliyyətinə sistemli şəkildə inteqrasiya etdiyini nümayiş etdirir.
Hesabatın hazırlanması çərçivəsində Şirkətlər Qrupunun fəaliyyətində insan hüquqları, əmək münasibətləri, ətraf mühitin qorunması, şəffaf idarəetmə istiqamətləri üzrə mövcud proses və prosedurlar geniş şəkildə təhlil edilib. Eyni zamanda, həyata keçirilmiş təşəbbüslər və əldə olunan nəticələr qiymətləndirilib, ESG üzrə (ətraf mühit,sosial məsuliyyət, korporativ idarəetmə) uğur hekayələri sənədləşdirilib və qarşıdakı iki il üçün prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
CoP hesabatı Veysəloğlu Şirkətlər Qrupunun davamlı inkişaf sahəsində mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək inkişaf üçün konkret istiqamətləri də müəyyən edən diaqnostik sənəd rolunu oynayır.
Şirkətlər Qrupunundan hesabatın hazırlanmasına münasibət bildirib:
“32 il əvvəl Şirkətlər Qrupumuzun təməlini qoyarkən ESG anlayışı bugünkü qədər biznes gündəliyinin ön sıralarında olmasa da, onun əsasını təşkil edən prinsipləri fəaliyyətimizin ayrılmaz hissəsi hesab edirik. Ətraf mühitin qorunması, insanlara və cəmiyyətə məsuliyyətli yanaşma, sağlam əmək münasibətləri və dayanıqlı inkişaf bizim üçün hər zaman biznes yanaşmamızın əsasını təşkil edib.
Biznes qurmaq bizim üçün heç vaxt yalnız maliyyə göstəriciləri və sürətli böyümə demək olmayıb. Əsas məqsədimiz uzunmüddətli dəyər yaratmaq, dayanıqlı inkişaf etmək və ən yaxşı beynəlxalq təcrübələri öyrənərək fəaliyyətimizə tətbiq etmək olub. Bu gün təcrübəmizi BMT Qlobal Sazişinin üzvləri ilə bölüşmək bizim üçün mühüm göstəricidir. CoP hesabatının hazırlanması isə bu yanaşmanın yalnız bəyanat deyil, real proseslər, ölçülə bilən nəticələr və gələcək öhdəliklərlə dəstəkləndiyinin bariz nümunəsidir.”
BMT Qlobal Sazişinin Azərbaycan üzrə meneceri Samir Məmmədov isə Şirkətlər Qrupunun CoP hesabatının hazırlanması prosesini yüksək qiymətləndirərək qeyd edib:
““Veysəloğlu Şirkətlər Qrupunun BMT Qlobal Sazişinə üzvlüyünün ilk ilində CoP hesabatını hazırlaması, mənim üçün, sadəcə hesabatlılıq öhdəliyinin yerinə yetirilməsi deyil, şirkətin davamlı inkişafı biznes strategiyasının ayrılmaz hissəsi kimi qəbul etdiyini göstərən mühüm bir addımdır. Xüsusilə bu prosesin peşəkar işçi qrupunun iştirakı ilə aparılması, məlumatların sistemləşdirilməsi, mövcud proses və prosedurların təhlili, nəticələrin qiymətləndirilməsi və konkret inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi təqdirəlayiqdir.
Bu təşəbbüsün əhəmiyyətini xüsusilə pərakəndə və istehlak bazarında aparıcı mövqeyə malik olan Veysəloğlu Şirkətlər Qrupu kimi böyük bir biznes ekosisteminin timsalında qeyd etmək istərdim. Şirkətlər Qrupunun bu sahədə atdığı addımlar yalnız öz fəaliyyəti ilə məhdudlaşmır; dayanıqlılıq prinsiplərinin qrup daxilində fəaliyyət göstərən şirkətlərə və perspektivdə dəyər zəncirinə yayılması Azərbaycanda korporativ dayanıqlılıq mədəniyyətinin formalaşması baxımından daha geniş təsir yaradacaq. Ümid edirəm ki, bu yanaşma gələcəkdə qrup şirkətlərinin BMT Qlobal Sazişinin fəaliyyətində daha da yaxından iştirakına və davamlılıq üzrə birgə təşəbbüslərin genişlənməsinə də zəmin yaradacaq.
Korporativ dayanıqlılığın Azərbaycanın milli inkişaf prioritetləri, yaşıl iqtisadiyyata keçid, resurslardan səmərəli istifadə, layiqli əmək, inklüziv inkişaf və iqlim məqsədləri ilə uzlaşdırılması isə bu istiqamətdə görülən işlərin həm biznes, həm də ölkə üçün strateji əhəmiyyətini daha da artırır.”
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunun 2025-ci ildə BMT Qlobal Sazişinə qoşulması və ilk CoP hesabatını təqdim etməsi şirkətin ESG prinsiplərini biznes fəaliyyətinin ayrılmaz hissəsi kimi qəbul etdiyini nümayiş etdirir.
Şirkətlər Qrupu hesab edir ki, müasir biznes mühitində şirkətin fəaliyyətinin qiymətləndirilməsi yalnız maliyyə göstəriciləri ilə məhdudlaşmır. Qeyri-maliyyə göstəriciləri, sosial və ekoloji təsir, korporativ idarəetmənin keyfiyyəti və şirkətin maraqlı tərəflərlə münasibətləri investorlar, maliyyə institutları, tərəfdaşlar, əməkdaşlar və digər tərəfdaşlar üçün getdikcə daha böyük əhəmiyyət daşıyır.
Bu baxımdan qeyri-maliyyə hesabatlılığı şirkətin maliyyə nəticələrini tamamlayan mühüm strateji alətə çevrilir. Şəffaflıq, sosial təsirin ölçülməsi və davamlı inkişaf üzrə öhdəliklərin ictimaiyyətə açıqlanması şirkətin etimad, imic və reputasiyasının formalaşmasında mühüm rol oynayır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
Bugün, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
Bugün, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
Bugün, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
Bugün, 14:57 DÜNYA
-
“Veysəloğlu” MMC Azərbaycanda ilk dəfə “BRCGS Storage and Distribution” sertifikatını əldə edib (FOTO)
Bugün, 14:44 İQTİSADİYYAT
-
Əhdiman və dostu sərbəst buraxıldı
Bugün, 14:27 KRİMİNAL
-
Azərbaycanda internet tarifləri artırılır
Bugün, 14:19 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı istintaq başladıldı - FETÖ ilə əlaqə araşdırılır
Bugün, 14:08 MƏDƏNİYYƏT
-
Havvaxanım Rüstəmovaya hökm oxundu
Bugün, 13:36 KRİMİNAL
-
Ermənilərin diplomatlara qarşı əsassız hücumu... - Musa Musayev yazır
Bugün, 13:25 SİYASƏT
-
"Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlanıb
Bugün, 13:13 İDMAN
-
Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub
Bugün, 13:07 İQTİSADİYYAT
-
İSRAİL QƏZZANI 2 MİLYONLUQ FƏLƏSTİNLİLƏRDƏN BOŞALTMAĞA HAZIRLAŞIR - Nazir "əhatəli hücum an məsələsidir" anonsunu verdi
Bugün, 12:58 DÜNYA
-
ABŞ ordusu yanacaq qaçaqmalçılarına qarşı əməlyyat keçrdi - Tanker batırıldı
Bugün, 12:58 DÜNYA
-
Cavid Qurbanovun əmisi oğlu nədə ittiham olundu? - Məhkəmə hökm çıxardı
Bugün, 12:41 KRİMİNAL
-
Sabah yağış yağacaq
Bugün, 12:31 CƏMİYYƏT
-
İdxal rüsumlarının artırılması yerli şərab istehsalını nə qədər qoruyacaq? - Samir İsmayıldan açıqlamalar
Bugün, 12:25 İQTİSADİYYAT
-
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında - FOTOLAR
Bugün, 12:12 GÜNDƏM
-
Mourinyo: "Arda Gülər vazkeçilməz deyil"
Bugün, 12:00 İDMAN
-
Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib - MƏTN
Bugün, 11:53 GÜNDƏM
-
İsa Həbibbəylidən Ramiz Mehdiyevlə bağlı - Açıqlama
Bugün, 11:53 SİYASƏT
-
Tramp gözlənilməz zərbə aldı - 7 Respublikaçı İrana hücumu bloklayan qərara "hə" dedi
Bugün, 11:39 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
Bugün, 11:32 GÜNDƏM
-
Lionel Messi bu matçla milli komanda ilə vidalaşacaq
Bugün, 11:22 İDMAN
-
DAHA BİR QHT SƏDRİNƏ HÖKM OXUNDU
Bugün, 11:17 SİYASƏT
-
Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
Bugün, 11:12 SİYASƏT
-
ETN-dən növbəti əmr: məktəblərdə tədris planları təsdiqlənib
Bugün, 11:06 GÜNDƏM
-
Adil Rzayev baş həkim təyin olundu
Bugün, 11:00 CƏMİYYƏT
-
Daha bir neçə bələdiyyənin adı dəyişir - DETALLAR
Bugün, 11:00 CƏMİYYƏT
-
Partiya sədri istintaqa ifadəsindən danışdı: "İcra başçısı, nazir, nazir müavini olanlar qalıb qıraqda, mən..."
Bugün, 10:47 SİYASƏT
-
Məkkəyə dron hücumu: Səudiyyə Husiləri ittiham edir, qruplaşma isə bu ittihamı təxribat sayır
Bugün, 10:25 GÜNDƏM
-
"Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının, o cümlədən..." - Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
Bugün, 09:56 PRESS
-
Azərbaycan neftinin qiyməti 128 dolları keçdi
Bugün, 09:23 İQTİSADİYYAT