Hakan Fidan Liviyada: üsyançı general Xəlifə Haftarla görüş və... - TƏHLİL
SİYASƏT
13.08.2026, 17:27
Türkiyənin xarici işlər naziri Hakan Fidan Liviyaya səfər edib. Səfər çərçivəsində o, həm Tripoli, həm də Benqazi şəhərlərində olub. H.Fidanın Benqaziyə gedərək illərdir Ankaranın əsas rəqiblərindən biri hesab olunan Xəlifə Haftarla görüşməsi xüsusilə diqqət çəkir.
Məsələ ondadır ki, Türkiyə uzun müddət Liviyada əsas dayağını Tripolidəki Milli Birlik Hökumətində görürdü. Ankara üçün Tripoli həm siyasi tərəfdaş, həm də Aralıq dənizində enerji və dəniz sərhədləri məsələsində mühüm müttəfiq idi. Türkiyə ilə Liviyanın qərbindəki hakimiyyət arasında imzalanan dəniz səlahiyyətləri və enerji razılaşmaları Ankaranın Şərqi Aralıq dənizindəki mövqeyini gücləndirirdi. Bu səbəbdən Haftarın rəhbərlik etdiyi şərq düşərgəsi uzun müddət Türkiyənin qarşı tərəfində dayanırdı. Lakin hazırda vəziyyət əvvəlki kimi deyil. Türkiyə Liviyanın siyasi reallığını olduğu kimi qəbul edir və ölkənin qərbi ilə yanaşı, şərqində də təsir imkanları yaratmağa çalışır.
Əslində, Ankaranın Liviya siyasətində dönüş etməsi elə də təəccüblü deyil. Çünki Liviyada heç bir tərəf ölkənin bütövlüyünü və siyasi sistemini təkbaşına müəyyənləşdirə biləcək gücə malik deyil. Tripoli hökuməti ölkənin bütün ərazisinə faktiki nəzarət etmir, Haftar isə hərbi gücünə baxmayaraq, Liviyanın qərbində siyasi legitimliyi tam şəkildə təmin edə bilmir. Belə şəraitdə tərəflərdən yalnız birini seçmək Türkiyənin manevr imkanlarını məhdudlaşdırır. Ankara, görünür, məhz bu məhdudiyyəti aradan qaldırmaq qərarına gəlib.
Fidan səfərin Türkiyənin Liviyanın qərbi, şərqi və cənubu arasında ayrı-seçkilik qoymayan “Vahid Liviya” siyasətinin konkret təzahürü olduğuna diqqət çəkərək bunları qeyd edib:
Sitat: “Türkiyə olaraq Liviyanın əmin-amanlığını və sabitliyini öz sabitliyimizdən ayrı görmürük. Liviyalı qardaşlarımızın öz gələcəklərini azad, təhlükəsiz və firavan şəkildə qurması əsasdır. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan) ortaya qoyduğu baxış çərçivəsində Liviyanın qərbi ilə şərqi arasında dialoq və əməkdaşlığın gücləndirilməsini dəstəkləməyə, Liviyanın sülhünə, sabitliyinə və rifahına töhfə verməyə davam edəcəyik”.
Daha açıq desək, Türkiyə artıq Liviyada bir tərəfin himayədarı kimi deyil, ölkənin gələcək siyasi nizamının formalaşmasında bütün tərəflərlə danışa bilən əsas regional aktor kimi çıxış etmək istəyir.
Fidanın səfərində hərbi komponentin ayrıca vurğulanması isə başqa bir mesajdır. Xarici işlər nazirinin Tripolidə Türkiyə Silahlı Qüvvələrinin Liviya Missiyası Qrup Komandanlığını ziyarət etməsi Ankaranın şərq düşərgəsi ilə yaxınlaşmasının Türkiyənin Tripolidəki hərbi mövcudluğundan imtina anlamına gəlmədiyini göstərir.
Fidanın Benqaziyə səfəri Haftarla münasibətlərin yalnız siyasi dialoq səviyyəsində saxlanılmayacağını da göstərir. Əksinə, Türkiyə bir tərəfdən Haftarla danışıqlar aparır, digər tərəfdən Tripolidə hərbi mövcudluğunu qoruyur. Bu, Ankara üçün kifayət qədər əlverişli vəziyyətdir.
Bütün hallarda Türkiyə Suriyada olduğu kimi, Liviyada da sabit və mərkəzləşmiş dövlətin bərpa olunmasını istəyir. Düzdür, Suriyada bu proses dinc yolla baş vermədi. Lakin nəticə etibarilə bu gün Suriya əvvəlki illərlə müqayisədə kifayət qədər sabitdir. Ankaranın Liviyada sabitliyi necə təmin edəcəyini isə yerindəki vəziyyəti müşahidə etməklə və əsas siyasi-hərbi aktorlarla birbaşa təmas qurmaqla müəyyənləşdirməyə çalışdığı görünür.
Başqa sözlə, Ankara Haftarın gələcəkdə nə qədər güclü ola biləcəyini əvvəlcədən ölçməyə və onunla münasibətlər quraraq bu gücü öz təsir dairəsinə daxil etməyə çalışa bilər. Müqayisə üçün deyim ki, Ankara Əsəd hakimiyyətinin son dönəmində Dəməşqlə təmaslar qurmuşdu. Ardınca isə Suriyada hakimiyyət dəyişikliyi baş verdi. Türkiyə yeni reallığa kifayət qədər sürətlə uyğunlaşdı və yaranmış siyasi mənzərədə öz təsir imkanlarını qorudu. İndi Liviyada Haftarla qurulan təmaslara da bu təcrübənin prizmasından baxmaq mümkündür.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ağdamda traktor minaya düşüb
Bugün, 00:12 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 GÜNDƏM
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 GÜNDƏM
-
Arvadını döyən partiya sədrinin müavini istefa verdi - FOTOLAR
04.09.2026, 16:04 SİYASƏT
-
Ceyhun Bayramovla Qazaxıstanın yeni XİN başçısı arasında telefon danışığı olub
04.09.2026, 15:48 SİYASƏT
-
Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha 3 nəfərə cinayət işi açıldı - TƏFƏRRÜAT
04.09.2026, 15:40 GÜNDƏM
-
Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul edib - Müzakirə + FOTO
04.09.2026, 15:33 SİYASƏT
-
Yardımlıda arxeoloji qazıntı: qədim insana məxsus sümüklər aşkarlanıb
04.09.2026, 15:14 MƏDƏNİYYƏT
-
İLHAM ƏLİYEV ONLARI VƏZİFƏYƏ TƏYİN ETDİ - Sərəncamlar
04.09.2026, 15:05 GÜNDƏM
-
Türkiyədə 6 klub və bir neçə klub rəsmisi cəzalandırılıb
04.09.2026, 14:37 İDMAN
-
TƏBİB RƏHBƏRİ ŞÖBƏ MÜDİRİNİ DİREKTOR TƏYİN ETDİ - O, kimdir?
04.09.2026, 14:21 CƏMİYYƏT
-
ÖLKƏDƏN QAÇAN GÖMRÜKÇÜ XARİCDƏ QANDALLANDI - Baş Prokurorluq məlumat yaydı
04.09.2026, 14:04 KRİMİNAL
-
Məşhur müğənnini səhnədə rüsvayçı vəziyyətə düşdü - FOTOLAR
04.09.2026, 13:53 ŞOU-BİZNES