SOCAR-da gözlənilməz dəyişiklik - Vitse-prezidenti öz ərizəsiylə vəzifədən azad edilib

SOCAR-da gözlənilməz dəyişiklik - Vitse-prezidenti öz ərizəsiylə vəzifədən azad edilib

GÜNDƏM

Bugün, 17:23

SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunması barədə xəbər yayılıb.

Mia.az xəbər verir ki, bu barədə  Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib.

Xəbər Mia.az saytına təsdiqlənib.

Bildirilib ki, o, öz ərizəsi ilə vəzifədən ayrılıb.

Xatırladaq ki, o, 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamıyla  Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyinat almışdı.

Babək Hüseynov bu təyinata qədər SOCAR prezidentinin müşaviri olub. Ondan əvvəl isə bp şirkətində çalışıb.

E.ARAZ

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR