TFF "Fənərbağça"ya "yox" dedi

TFF \"Fənərbağça\"ya \"yox\" dedi

İDMAN

Bugün, 10:09

Çempionlar Liqasının pley-off mərhələsində "Lyon"la qarşılaşacaq "Fənərbağça" klubu bu oyunla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) müraciət etsə də, rədd cavabı alıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub TFF-dən bu oyunla Super Liqada "Gənclərbirliyi" ilə ilk oyunu arasında sayılı günlər olduğunu xatırladaraq, liqa matçının başqa tarixə keçirilməsini xahiş edib.

Məlumata əsasən, xahiş TFF-yə rəsmi olunan kimi də "yox" deyilib.

Bu barədə klubun Futbol direktoru Oğuz Çetin açıqlama verib. O, bildirib ki,  "Fənərbağça" 15 avqustda səfərdə "Gənclərbirliyi" ilə oynayacaq, 18 avqustda "Lyon"la ilk Çempionlar Liqasının pley-off matçına çıxacaq: "Arada sayılı günlər var, üstəik, liqa oyununa oyunçuların zədələnmə, yorğunluq ehtimalları da var ki, bu da istər hazırlıq mərhələsi, istərdə də  Çempionlar Liqasının oyununa təsirsiz qalmayacaq. Təəssüf ki, TFF bu səbəbdən etdiyimiz müraciətə "yox" dedi"

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR