"Hull City" Nobel Mendi ilə müqavilə imzaladı

\"Hull City\" Nobel Mendi ilə müqavilə imzaladı

İDMAN

Bugün, 09:12

İngiltərə Premyer Liqa təmsilçisi "Hull City", "Rayo Valyekano"dan seneqallı müdafiəçi Nobel Mendi ilə müqavilə imzaladığını açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Mendi sarı-qaralar ilə beş illik müqavilə imzaladı.

"Pələnglər" həmçinin klubun transfer rekordunu açıqlanmayan məbləğə qırdıqlarını açıqladılar.

Nobel Mendi müqavilə imzaladıqdan sonra klubun saytına verdiyi açıqlamada bunları deyib:

"Burada olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. Həmçinin oyundan zövq alıram, arxadan oyun qururam və lazım olduqda aqressiv oluram. Kiçik yaşlarımdan bəri Premyer Liqada oynamaq istəyirdim. Bu mövsüm bizim üçün çox yaxşı olacaq, birlikdə uğur qazanacağıq."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR