Pakistan XİN başçısı: "Məkkə sazişi heç bir ölkəyə qarşı deyil, əksinə, regiondakı bütün ölkələrə açıqdır"

Pakistan XİN başçısı: \"Məkkə sazişi heç bir ölkəyə qarşı deyil, əksinə, regiondakı bütün ölkələrə açıqdır\"

GÜNDƏM

Bugün, 00:21

"Türkiyə və Səudiyyə Ərəbistanı ilə imzalanan Məkkə Birgə Müdafiə Sazişi sırf müdafiə xarakterlidir. bu ittifaq  bir ölkəyə yönılməyib. Əksinə, sazişin prinsiplərini qəbul etməyə hazır olan regiondakı bütün ölkələrə açıqdır".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Pakistan Xarici İşlər naziri Məhəmməd İshaq Dar  deyib.

O, 7 avqustda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişinin üç ölkənin liderləri və xalqları arasında qardaşlıq münasibətlərinin dərinliyini əks etdirdiyini xüsusi vurğulayıb:oxşaxəli təhlükəsizlik problemlərinə həll yolu tapmaq və regional rifahı artırmaq istəyi ilə tərəflər arasında illərlə davam edən danışıqlar öz bəhrəsini verir. Məkkə sazişi heç bir ölkəyə qarşı deyil. Nə də bu saziş digər ölkələr və ya təşkilatlarla üç ölkənin bağladığı ikitərəfli və ya çoxtərəfli müqavilələrə təsir etməyəcək".

Nazir daha sonra mətləbə gələrək bildirib ki, sazişdə bu üç ölkədən hər hansı birinə qarşı silahlı hücum Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hər üç ölkəyə hücum hesab ediləcək: "Məkkə Sazişi tamamilə müdafiə xarakteri daşıyır. Heç bir ölkə hədəfə alınmır və yeganə məqsədi daha geniş regionda sülh, sabitlik və rifah istiqamətində davam edən səylərimizi daha da gücləndirməkdir. Məkkə Sazişi regionda onun fundamental prinsiplərini qəbul etmək və fikir ayrılıqlarını qarşılıqlı hörmət, əməkdaşlıq və dinc vasitələrlə həll etmək istəyən hər hansı bir ölkə üçün açıqdır. Saziş həmçinin Pakistanın xarici siyasətinin fundamental prinsiplərinə uyğundur,  davamlı sülh və sabitlik üçün regiondakı digər ölkələrlə əməkdaşlığı davam etdirməyi hədəfləyir".

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif 7 avqustda Məkkədə ölkələri arasında "Birgə Müdafiə Sazişi" imzalayıblar. Bildirilib ki, saziş regional və qlobal sülhün, sabitliyin və rifahın qorunmasına xidmət edəcək.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR