Ceyhun Bayramov Zelenski ilə Kiyevdə görüşdü - MÜZAKİRƏ +VİDEO/ FOTO
GÜNDƏM
Bugün, 22:21
Xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı, ötən dövr ərzində yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Zelenskinin cari ilin aprel ayında Azərbaycana həyata keçirdiyi səfərin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.
Görüşdə regional təhlükəsizlik məsələləri, Ukraynada mövcud vəziyyət, habelə beynəlxalq gündəlikdə duran digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb.
Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair ortaq niyyət ifadə olunub.
***
Xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.
Mia.az xəbər verir ki, nazir Ceyhun Bayramov özünün sosial media səhifəsində məlumat verib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.
C. Bayramov V. Zelenskiyə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədirilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini qeyd edib.
Nazir həmçinin Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İstanbulda təlim təyyarəsi qəzaya uğrayıb - Pilot yaralanıb (FOTOLAR)
Bugün, 22:58 GÜNDƏM
-
Konfrans Liqası: "Qarabağ" uduzdu (Yenilənib)
Bugün, 22:56 İDMAN
-
Ceyhun Bayramov Zelenski ilə Kiyevdə görüşdü - MÜZAKİRƏ +VİDEO/ FOTO
Bugün, 22:21 GÜNDƏM
-
Ceyhun Bayramov Zelenski Ofisinin rəhbəri ilə görüşüb - Nələr müzakirə olunub?
Bugün, 19:45 SİYASƏT
-
Məşhur müğənninin təbii görkəmi heyrət doğurdu: "Bir az baxımlı ol..." - FOTO
Bugün, 19:32 ŞOU-BİZNES
-
Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Açıqlama + VİDEO
Bugün, 19:03 CƏMİYYƏT
-
"Tiktoker Bəniz"ə 10 il 3 ay həbs cəzası verildi - Məhkəmə prosesi
Bugün, 18:38 KRİMİNAL
-
"Milləti gic yerinə qoymaq nədir, necə olur?" - ADY eyni xəbəri bir ay 14 gün fərqlə "xoş xəbər" adıyla niyə yayıb?
Bugün, 18:04 PRESS
-
Eldar Qəribov "Unibank"dan nə qədər qazanır?
Bugün, 17:58 İQTİSADİYYAT
-
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bugün, 17:54 GÜNDƏM
-
DİM: Taksi sürücüsü olmaq istəyən 1317 nəfər imtahandan keçib
Bugün, 17:42 GÜNDƏM
-
Yaponiya və Hindistan Çinə qarşı birgə hərbi təlimə başlayır - Tokiodan bir ilk
Bugün, 17:35 DÜNYA
-
"Pulsuz olsaydı, hamı avtobusa minəcəkdi" - Nazir müavinindən metro açıqlaması
Bugün, 17:17 CƏMİYYƏT
-
Mərkəzi Bankın dollar və qızıl ehtiyatı artdı - Son bir həftədə
Bugün, 17:13 İQTİSADİYYAT
-
Misraları ilə saf hisslərə ömür verən işıqlı şair Nəriman Həsənzadə...
Bugün, 17:03 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Polkovnik dənizdə batan tələbə qızla bağlı müraciət yaydı
Bugün, 16:55 CƏMİYYƏT
-
Dövlət İmtahan Mərkəzi yeni məlumat yayıb
Bugün, 16:53 GÜNDƏM
-
"Sizin üçün ən uyğun peşə təkcə yaxşı bacardığınız deyil, həm də..." - Məleykə Abbaszadə
Bugün, 16:18 CƏMİYYƏT
-
"Kaş bu günlərimdə yanımda olardın, ata...”
Bugün, 15:55 MƏDƏNİYYƏT
-
Klub prezidentinin qızını gizli hesabdan təhqir edən şəxs saxlanıldı
Bugün, 15:24 PRESS
-
Ceyhun Bayramov Ukraynada - Nazirlər görüşüb + FOTO (Yenilənib)
Bugün, 15:17 SİYASƏT
-
Ceyhun Bayramov Ukrayna XİN-də arxiv sənədlərlə tanış olub
Bugün, 15:04 SİYASƏT
-
Ərdoğanla Dövlət Baxçalı görüşüblər
Bugün, 15:03 GÜNDƏM
-
Hadisənin Kuşadasıdakı səhnə performansı gündəm oldu - VİDEO
Bugün, 14:56 ŞOU-BİZNES
-
"Real Madrid" 140 milyon avroluq futbolçu alır - 19 yaşlı oyunçunun transferi dünya gündəmində + FOTO
Bugün, 14:42 DÜNYA
-
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
Bugün, 14:27 İQTİSADİYYAT
-
Bələdiyyə sədri Salahın 6661 ədəd formasını aldı - 30 milyon dəyərində
Bugün, 14:17 İDMAN
-
Ukrayna XİN başçısı İlham Əliyevə minnətdarlıq etdi: "Biz bunu həmişə xatırlayacağıq"
Bugün, 14:08 SİYASƏT
-
Ceyhun Bayramov Kiyevdə: "Azərbaycan Ukraynaya təbii qaz tədarük etməyə hazırdır"
Bugün, 13:59 İQTİSADİYYAT
-
Prezident Avropa Şurası və UNESCO yanında daimi nümayəndələri geri çağırdı - Yeni təyinat
Bugün, 13:38 GÜNDƏM
-
Osimhen İkardinin formasını rədd etdi
Bugün, 13:25 İDMAN
-
Prezident Bəxtiyar Aslanbəylini "Şöhrət" ordeni ilə təltif edib - Sərəncam
Bugün, 13:19 GÜNDƏM
-
Prezident AZCON-a əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:12 GÜNDƏM