Azərbaycanlı yük sürücülərinə Gürcüstan gömrüyü niyə problem yaradır? - XİN-ə nota göndərildi (AÇIQLAMALAR)
GÜNDƏM
06.08.2026, 10:48
Gürcüstan ərazisindən tranzit keçən bir qrup azərbaycanlı yük maşını (TIR) sürücüsü günlərlə gömrük məntəqələrində saxlanıldıqlarını, saxlanılmalarının səbəbi barədə isə onlara hər hansı rəsmi izahat verilmədiyini bildirirlər.
Mia.az xəbər verir ki, Report-un Gürcüstan bürosu sözügedən vəziyyətlə maraqlanıb.
Sürücülər əsasən "Sarp" və "Qırmızı Körpü" sərhəd-keçid məntəqələrində, eləcə də Tbilisidəki Gömrük Rəsmiləşdirilməsi Mərkəzində uzun müddətdir gözlədiklərini deyirlər.
Sürücü Teymur Sultanovun sözlərinə görə, Batumiyə qədər hərəkət zamanı heç bir problemlə üzləşməyib. Lakin "Sarp" sərhəd-keçid məntəqəsində avtomobili saxlanılıb, pasportu, sürücülük vəsiqəsi və digər sənədləri götürülüb.
"Artıq 15 gündür gömrük ərazisindəyəm. Bizə sadəcə "gözləyin" deyirlər. Səbəbini soruşanda cavab vermirlər. Sənədlərdə, yükdə və ya çəkidə hansı problemin olduğunu heç kim izah etmir", - sürücü bildirib.
Oxşar problemlə üzləşən digər sürücü Eldəniz Məmmədliyev isə artıq bir aydan çoxdur Gürcüstanda qaldığını deyir. Onun sözlərinə görə, Kutaisidə istehsal olunan və dəmir sənayesində istifadə edilən kimyəvi maddəni Azərbaycana apararkən əvvəlcə gömrükdə üç gün saxlanılıb, daha sonra isə başqa məntəqəyə aparılıb.
"Maşını tamamilə sökdülər, bütün sənədlərimi, pasportumu, telefonumu aldılar. Sonra heç bir izahat vermədən dedilər ki, "gedə bilərsən". Soruşdum hara gedim, cavab verdilər ki, "bilmirik", - deyə sürücü bildirib.
E.Məmmədliyev qeyd edib ki, pasportu yalnız 20 gündən sonra qaytarılıb, bu müddətdə isə avtomobili sökülmüş vəziyyətdə qalıb və özü küçədə gecələməyə məcbur olub.
"Əgər problem yükdədirsə, yükü boşaldın, məni buraxın. Amma heç kim heç nə izah etmir. Hazırda 43-45 gündür Gürcüstandayam", - o vurğulayıb.
Sürücülər Bəhadur Əliyev və İman Əliyev də Batumidə gömrük rəsmiləşdirilməsi prosesinin uzanması səbəbindən günlərlə gözlədiklərini bildirirlər. Onların sözlərinə görə, saxlanılmalarının səbəbi ilə bağlı onlara da hər hansı rəsmi izahat verilməyib.
"Artıq neçə gündür Batumidə gözləyirik. Nə vaxt buraxılacağımızı deyən yoxdur. Sadəcə "gözləyin" cavabı alırıq", - B.Əliyev deyib.
İ.Əliyev isə söyləyib ki, bütün sənədlər təqdim olunub, amma problem nədən ibarətdir, heç kim izah etmir.
Sürücülərin sözlərinə görə, "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində də bir neçə Azərbaycan qeydiyyat-nişanlı yük avtomobili saxlanılıb. Onların bildirdiyinə görə, gömrük əməkdaşları sonradan Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin xüsusi icazə sənədini tələb ediblər. Sürücülər həmin sənədin təqdim olunduğunu, lakin daha sonra sənədin gürcü dilinə tərcüməsinin istənildiyini bildirirlər.
Yük sahibi Sahib Əliyev isə "Report"un yerli bürosuna açıqlamasında deyib ki, sözügedən icazə sənədi 2023-cü ildə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilib və indiyədək eyni sənədlərlə yüzlərlə yük avtomobili Gürcüstan ərazisindən maneəsiz keçib. Onun sözlərinə görə, eyni məhsul bu ilin mart və aprel aylarında, həmçinin ötən ilin oktyabr və dekabr aylarında da heç bir problem olmadan tranzit daşınıb.
"Hesab edirəm ki, hazırkı vəziyyət sənədlərin vaxtında yoxlanılmaması və bürokratik anlaşılmazlıq nəticəsində yaranıb", - S.Əliyev bildirib.
Sürücüləri narahat edən digər məsələ isə gömrük əməkdaşlarının münasibəti barədədir. Onların sözlərinə görə, günlərlə gözləmələrinə baxmayaraq, saxlanılmalarının səbəbi barədə rəsmi məlumat verilmir, sual ünvanladıqları zaman isə bəzi əməkdaşlar kobud davranır, "Get, gözlə" cavabı ilə kifayətlənirlər.
Sürücülər hesab edirlər ki, onlara hansı səbəbdən saxlanıldıqları və problemin aradan qaldırılması üçün hansı sənədlərin və ya prosedurların tələb olunduğu aydın şəkildə izah edilməlidir.
Məsələ ilə bağlı Azərbaycanın Gürcüstandakı Səfirliyindən "Report"un yerli bürosuna bildirilib ki, hadisə nəzarətə götürülüb. Səfirlikdən qeyd olunub ki, yaranmış vəziyyətlə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə diplomatik nota ünvanlanıb və məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır.
Qeyd edək ki, bu, Gürcüstan ərazisindən tranzit keçən Azərbaycan yük avtomobillərinin gömrükdə uzun müddət saxlanılması ilə bağlı ilk hal deyil. Lakin sürücülərin sözlərinə görə, bu dəfə gözləmə müddətinin uzanması, rəsmi izahatın verilməməsi və qeyri-müəyyənlik əvvəlki hallarla müqayisədə daha ciddi narahatlıq yaradır.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Konfrans Liqası: "Qarabağ" Kiyev komandasına qalib gəldi - (Yenilənib)
Bugün, 22:02 İDMAN
-
Biləsuvarda 44 yaşlı şəxs öldürülüb
Bugün, 21:01 KRİMİNAL
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı
Bugün, 19:46 GÜNDƏM
-
Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO
Bugün, 19:09 SİYASƏT
-
Türkiyəli iki kriminal lider tutuldu - Gürcüstanda + FOTO
Bugün, 18:53 KRİMİNAL
-
İspaniya Super Kuboku oyunları İstanbulda keçiriləcək - Bu tarixdə
Bugün, 18:24 İDMAN
-
TÜRKİYƏDƏ DEPUTATI SƏHƏRƏ YAXIN EVDƏ DÖYÜB VİDEO ÇƏKDİLƏR: qrup seksi iddiası və... - FOTOLAR
Bugün, 18:07 SİYASƏT
-
Ərdoğanın partiyası 8, Özgür Özəlin partiyası 2 böyük şəhərdə önə çıxır, CHP isə... - TÜRKİYƏNİN ƏN GÜCLÜ SİYASİ TƏŞKİLATLARI (SORĞU)
Bugün, 17:53 SİYASƏT
-
Ərdoğan DEM Partiya rəhbərliyini qəbul etdi - 5 əsas müzakirə
Bugün, 17:45 SİYASƏT
-
Hakan Fidan Liviyada: üsyançı general Xəlifə Haftarla görüş və... - TƏHLİL
Bugün, 17:27 SİYASƏT
-
SOCAR-da gözlənilməz dəyişiklik - Vitse-prezidenti öz ərizəsiylə vəzifədən azad edilib
Bugün, 17:23 GÜNDƏM
-
Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini təyin edilib
Bugün, 17:14 İQTİSADİYYAT
-
Azərbaycanın FMCG sektorunda ilk: Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib
Bugün, 17:11 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Tufandağ buzlağında növbəti monitorinq və tədqiqat işləri aparılıb
Bugün, 16:41 CƏMİYYƏT
-
Sabah Sabirabad, Salyan və Saatlının bu kəndlərində qaz olmayacaq
Bugün, 16:22 CƏMİYYƏT
-
Samux sakini Moldovada saxlanıldı
Bugün, 16:07 KRİMİNAL
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib
Bugün, 16:06 GÜNDƏM
-
Kənd Təsərrüfatı Nazirliyi qarayara xəstəliyi barədə açıqlama yaydı
Bugün, 15:45 İQTİSADİYYAT
-
Qeyri-sabit hava şəraiti avqustun 17-dək davam edəcək - Xəbərdarlıq
Bugün, 15:11 GÜNDƏM
-
Samuxda 9 nəfərdə qarayara xsətəliyi aşkarlandı - Üç qurum birgə məlumat yaydı (Yenilənib)
Bugün, 15:06 GÜNDƏM
-
Komitə sədri "Azəriqaz"a suallar ünvanladı: "Əməkdaşlar peşə sınaq imtahanına cəlb olunurmu?".
Bugün, 14:57 CƏMİYYƏT
-
"Fənərbağça" transfer haqqını artırdı, xorvat komandası geri çəkildi - Qolkiperin keçidi alınmadı
Bugün, 14:38 İDMAN
-
Üç il əvvəl "Fənərbağça"ya gələn və bir dəqiqə oynamayan futbolçu satıldı - İtaliya klubuna...
Bugün, 14:31 İDMAN
-
Müğənni ona bağıran mühafizəçiyə belə dedi: "Səni elə vuraram, yox olarsan!"
Bugün, 14:18 MƏDƏNİYYƏT
-
Valideynlikdən imtina, aliment... - Ali Məhkəmə daha bir iş üzrə vahid qərar qəbul edib
Bugün, 14:13 CƏMİYYƏT
-
Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi - DETALLAR
Bugün, 14:09 SİYASƏT
-
Keçmiş deputatın 1.4 milyon manat borcu var
Bugün, 14:09 SİYASƏT
-
Cəlilabadın 35 kəndində işıqlar söndürülüb
Bugün, 13:56 CƏMİYYƏT
-
Paşinyan: "Ermənistanın Azərbaycanla tərəfdaşlığı ola bilər"
Bugün, 13:11 SİYASƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:58 CƏMİYYƏT
-
İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib - Müzakirə + FOTO
Bugün, 12:23 GÜNDƏM
-
Ağ Evn Mətbuat katibi vəzifədən ayrıldı: "O, daha çox ailəsiylə, uşaqları ilə vaxt keçirmək istəyir, amma..."
Bugün, 12:15 PRESS
-
Premyer Liqasında I turun təyinatları açıqlandı
Bugün, 12:08 İDMAN