Misraları ilə saf hisslərə ömür verən işıqlı şair Nəriman Həsənzadə...
MƏDƏNİYYƏT
Bugün, 17:03
Avqustun ilk gününü xalqımız ağır və kədərli bir xəbərlə açdı.
Azərbaycan ədəbiyyatı özünün ən uca zirvələrindən birini, sözün müqəddəsliyini ömrü boyu qoruyan, misraları ilə milyonların qəlbinə yol tapan, Xalq şairi Nəriman Həsənzadəni itirdi. Bu xəbər onu sevən milyonlarla oxucunu, bütövlükdə Azərbaycan mədəniyyətini dərin hüznə qərq etdi.
Deyirlər ki, insan ömrünün ən böyük sərvəti yolunda qarşılaşdığı şəxsiyyətlərdir. Mən də taleyimin hər anına şükür etdiyim kimi, həyat yolumda Nəriman müəllimlə tanış olmaq, onunla söhbət etmək, eyni havanı udmaq və xatirələr toplamaq xoşbəxtliyini ömrümün ən qiymətli mükafatlarından biri hesab edirəm. Bu gün həmin xatirələr mənim üçün daha müqəddəs, daha əzizdir.
22 oktyabr 2023-cü il... Xalq yazıçısı Anarın 85 illik yubiley tədbirinə getməyə hazırlaşırdım. Avtoqraf almaq üçün Anar müəllimin "Ağ liman" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi" kitablarını götürmüşdüm. Artıq evdən çıxmaq üzrə idim ki, birdən geri qayıdıb anamdan rəfimdə ən çox oxuduğum kitablardan biri olan Nəriman Həsənzadənin "Seçilmiş əsərləri"ni də mənə verməsini xahiş etdim. Düşünürdüm ki, belə mötəbər gündə Nəriman müəllim yaxın dostu Anarı tək qoymaz. Elə də oldu...
Opera Studiyasının ikinci mərtəbəsində yerləşən foyedə qarderoba yaxınlaşdıqdan sonra nərdivanın başında əlində əsası, yanında isə ən sadiq gənc dostu olan, istedadlı sənətçi Arif Mehmandost ilə birlikdə Nəriman müəllimi gördüm. Həmin an keçirdiyim sevincin sözlə ifadəsi mümkün deyildi. Ətrafına toplaşan insanlar ustad şairlə salamlaşır, halını soruşur, onunla xatirə şəkilləri çəkdirirdilər. Mən də yaxınlaşıb salam verdim və öz kitabını ona təqdim etdim. Kitabı görəndə çöhrəsində yaranan sevinc, gözlərindəki işıq və səmimiyyət bu gün də yaddaşımdadır. Əlini qoluma keçirərək birlikdə tədbirin keçiriləcəyi zala doğru addımladıq. Girişdə nəzarətçi əməkdaşa üzünü tutaraq məni öz qohumu kimi təqdim etdi. Bu sadə, lakin böyük mənəvi dəyər daşıyan jest ömrüm boyu unutmayacağım xatirələrdən biridir. Tədbirin başlamasına hələ vaxt var idi. Zala qalxarkən Anar müəllim və həyat yoldaşı Zemfira xanım son məşqləri izləyirdilər. Səhnədə Xalq artistləri Fəxrəddin Manafov və Mehriban Zəki şeir səsləndirdikdən sonra Nəriman müəllimlə görüşdülər.
Birinci cərgədə əyləşdik. Təhsilimdən, ədəbi yaradıcılığımdan danışdıq. Sonra özüm ilə gətirdiyim kitaba mənim üçün əbədi dəyər daşıyan sözləri yazdı: "Oğlum Sənana, Nəriman əmisindən kiçik hədiyyə."
Bu avtoqraf mənim üçün sadəcə bir imza deyil, ömürlük mənəvi xəzinədir. Nəriman müəllimə olan sevgimin kökündə isə ailəmin, xüsusilə də nənəmin böyük rolu var. Nənəm həmişə onun poeziyasını sevə-sevə oxuyar, bir gün onunla görüşməyin ən böyük arzularından biri olduğunu söyləyərdi. Kitabı imzalatdıqdan sonra Nəriman müəllimdən kiçik bir xahişim olduğunu dedim. Xahişim nənəmlə telefon danışığı etməsi idi. Heç bir tərəddüd etmədən telefonu əlinə aldı. Səmimi söhbət etdi, ona xeyir-duasını verdi, xoş arzularını söylədi. O an sanki mənə dünyanın ən böyük hədiyyəsi verilmişdi. Bir nəvə kimi nənəmin arzusunu həyata keçirmək sevincini mənə bəxş edən məhz Nəriman müəllim oldu. Bu alicənab davranış onun şəxsiyyətinə olan sonsuz hörmətimi və sevgimi daha da artırdı.
Tədbir başa çatdıqdan sonra yenidən qoluna girərək onu Opera Studiyasının çıxışına qədər müşayiət etdim. Sonrakı görüşümüz həmin il keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisində baş tutdu. Oxucuların sonsuz sevgisi ilə qarşılanan xalq şairi minlərlə insanla şəkil çəkdirdi, mətbuata müsahibələr verdi, kitablarını imzaladı. Yenə də səmimiyyətini, sadəliyini və böyüklüyünü qoruyurdu.
Onunla son görüşüm isə 2025-ci ildə həyat və yaradıcılığına həsr olunmuş "Nərdivan" tamaşasında oldu. Tamaşa başa çatdıqdan sonra Nəriman müəllim zalda onu ayaqüstə alqışlayan tamaşaçılara üz tutdu. Həmin alqışların gurultusunda bir xalqın öz böyük şairinə olan sevgisi, ehtiramı və minnətdarlığı duyulurdu. O an bir daha əmin oldum ki, 95 illik mənalı ömür yalnız yaşanmadı, həm də milyonlarla insanın qəlbində örnəyə çevrildi.
Bu gün Nəriman Həsənzadə fiziki olaraq aramızda olmasa da, onun səsi şeirlərində yaşayır, nəfəsi misralarında duyulur. Böyük şairlər heç vaxt ölmürlər. Onlar sözə çevrilərək zamanın yaddaşında əbədiyyət qazanırlar. Nəriman Həsənzadənin yaradıcılığı Azərbaycan poeziyasının mənəvi sərvətlər xəzinəsidir. Onun Vətənə bağlılığı, ailə sevgisi, insan taleyinə həssas münasibəti, milli-mənəvi dəyərləri tərənnüm edən misraları bu gün də oxucunun ruhunu saflaşdırır, gələcəyə ümid verir. O, sözü yalnız yazmırdı, yaşayırdı; şeiri yalnız yaratmırdı, taleyinə çevirirdi.
Nəriman müəllim bu dünyadan köçsə də, Azərbaycan ədəbiyyatının göy üzündə parlayan ən işıqlı ulduzlardan biri olaraq qalacaq. Onun misraları nəsilləri düşündürəcək, ruhlandıracaq, sevgiyə, Vətənə, insana sədaqət hissini yaşadacaq.
Allah böyük şairimizə rəhmət eləsin!
Sənan Hüseynov,
Azərbaycan Texniki Universitetinin magistr tələbəsi
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Eldar Qəribov "Unibank"dan nə qədər qazanır?
Bugün, 17:58 İQTİSADİYYAT
-
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bugün, 17:54 GÜNDƏM
-
DİM: Taksi sürücüsü olmaq istəyən 1317 nəfər imtahandan keçib
Bugün, 17:42 GÜNDƏM
-
Yaponiya və Hindistan Çinə qarşı birgə hərbi təlimə başlayır - Tokiodan bir ilk
Bugün, 17:35 DÜNYA
-
"Pulsuz olsaydı, hamı avtobusa minəcəkdi" - Nazir müavinindən metro açıqlaması
Bugün, 17:17 GÜNDƏM
-
Mərkəzi Bankın dollar və qızıl ehtiyatı artdı - Son bir həftədə
Bugün, 17:13 İQTİSADİYYAT
-
Misraları ilə saf hisslərə ömür verən işıqlı şair Nəriman Həsənzadə...
Bugün, 17:03 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Polkovnik dənizdə batan tələbə qızla bağlı müraciət yaydı
Bugün, 16:55 CƏMİYYƏT
-
Dövlət İmtahan Mərkəzi yeni məlumat yayıb
Bugün, 16:53 GÜNDƏM
-
"Sizin üçün ən uyğun peşə təkcə yaxşı bacardığınız deyil, həm də..." - Məleykə Abbaszadə
Bugün, 16:18 CƏMİYYƏT
-
"Kaş bu günlərimdə yanımda olardın, ata...”
Bugün, 15:55 MƏDƏNİYYƏT
-
Klub prezidentinin qızını gizli hesabdan təhqir edən şəxs saxlanıldı
Bugün, 15:24 PRESS
-
Ceyhun Bayramov Ukraynada - Nazirlər görüşüb + FOTO (Yenilənib)
Bugün, 15:17 SİYASƏT
-
Ceyhun Bayramov Ukrayna XİN-də arxiv sənədlərlə tanış olub
Bugün, 15:04 SİYASƏT
-
Ərdoğanla Dövlət Baxçalı görüşüblər
Bugün, 15:03 GÜNDƏM
-
Hadisənin Kuşadasıdakı səhnə performansı gündəm oldu - VİDEO
Bugün, 14:56 ŞOU-BİZNES
-
"Real Madrid" 140 milyon avroluq futbolçu alır - 19 yaşlı oyunçunun transferi dünya gündəmində + FOTO
Bugün, 14:42 DÜNYA
-
Xəzər dənizinin dibi ilə Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin çəkilişi başa çatıb
Bugün, 14:27 İQTİSADİYYAT
-
Bələdiyyə sədri Salahın 6661 ədəd formasını aldı - 30 milyon dəyərində
Bugün, 14:17 İDMAN
-
Ukrayna XİN başçısı İlham Əliyevə minnətdarlıq etdi: "Biz bunu həmişə xatırlayacağıq"
Bugün, 14:08 SİYASƏT
-
Ceyhun Bayramov Kiyevdə: "Azərbaycan Ukraynaya təbii qaz tədarük etməyə hazırdır"
Bugün, 13:59 GÜNDƏM
-
Prezident Avropa Şurası və UNESCO yanında daimi nümayəndələri geri çağırdı - Yeni təyinat
Bugün, 13:38 GÜNDƏM
-
Osimhen İkardinin formasını rədd etdi
Bugün, 13:25 İDMAN
-
Prezident Bəxtiyar Aslanbəylini "Şöhrət" ordeni ilə təltif edib - Sərəncam
Bugün, 13:19 GÜNDƏM
-
Prezident AZCON-a əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:12 GÜNDƏM
-
Məşhur aktrisa fəryad etdi, Ərdoğandan mədət umdu: "Kriminal dəstə məni təhdid edir, gecələr qorxudan yata bilmirəm"
Bugün, 13:10 MƏDƏNİYYƏT
-
Pensiyalar nə vaxt köçürüləcək? - Açıqlama
Bugün, 13:01 İQTİSADİYYAT
-
Daxili İşlər Nazirliyinin tabeliyindəki bağçalar bu qurumun tabeliyinə verildi
Bugün, 12:48 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... - Bakıda ermənilərin şikayəti üzrə yeni hökm verildi (FOTOLAR, Yenilənib)
Bugün, 12:18 SİYASƏT
-
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödəyib - Təfərrüat
Bugün, 12:07 GÜNDƏM
-
Sabiq nazirin müsadirə olunan 370 kv.metrlik mənzili... - Hərracda neçəyə satıldı?
Bugün, 11:49 SİYASƏT
-
Tramp "Washington Post"a "barmaq silkələdi": "Bu xain açıqlamanı sızdıranlar axtarılır"
Bugün, 11:41 GÜNDƏM