Ukrayna XİN başçısı İlham Əliyevə minnətdarlıq etdi: "Biz bunu həmişə xatırlayacağıq"

Ukrayna XİN başçısı İlham Əliyevə minnətdarlıq etdi: \"Biz bunu həmişə xatırlayacağıq\"

SİYASƏT

Bugün, 14:08

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla danışıqlar zamanı Cənubi Qafqaz və Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ukraynada sülhün əldə olunması üzrə səyləri müzakirə etdik".

Mia.az xəbər verir ki, bu barədə A.Sibiqa C.Bayramovla birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Azərbaycanı Kiyevin sülh təşəbbüsləri barədə məlumatlandırıb və sülhün təşviq edilməsində, eləcə də regional sabitliyin təmin olunmasında Bakının mühüm rolu vurğulanıb.

Ukrayna xarici siyasət idarəsinin rəhbəri, həmçinin Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynaya göstərilən yardıma görə Azərbaycana, Prezident İlham Əliyevə və xalqına minnətdarlığını bildirib: "İrpendə mülki infrastrukturun bərpası, humanitar yardım, enerji obyektləri üçün avadanlıq və daha bir çox şey. Biz bunu həmişə xatırlayacağıq"/Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR