Ceyhun Bayramov Zelenski ilə Kiyevdə görüşdü - MÜZAKİRƏ +VİDEO/ FOTO
GÜNDƏM
06.08.2026, 22:21
Xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı, ötən dövr ərzində yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.
Zelenskinin cari ilin aprel ayında Azərbaycana həyata keçirdiyi səfərin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət daşıdığı bildirilib.
Görüşdə regional təhlükəsizlik məsələləri, Ukraynada mövcud vəziyyət, habelə beynəlxalq gündəlikdə duran digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb.
Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib.
Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair ortaq niyyət ifadə olunub.
***
Xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.
Mia.az xəbər verir ki, nazir Ceyhun Bayramov özünün sosial media səhifəsində məlumat verib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.
C. Bayramov V. Zelenskiyə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədirilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini qeyd edib.
Nazir həmçinin Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda vəkil həbs edilib
07.08.2026, 23:40 GÜNDƏM
-
Eren Derdiyok "Qalatasaray"da baş məşqçi oldu
07.08.2026, 23:38 İDMAN
-
Etna dağı yenidən aktivləşib
07.08.2026, 21:10 DÜNYA
-
Daha bir tiktoker cəzalandırıldı
07.08.2026, 20:07 PRESS
-
2500-ə yaxın internet resurslarının idarəetmə panellərini "qıran" şəxslər saxlanıldı - VİDEO
07.08.2026, 19:57 KRİMİNAL
-
İcra başçısının sabiq müavininə hökm oxundu
07.08.2026, 18:57 KRİMİNAL
-
Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ
07.08.2026, 18:09 YAZARLAR
-
Bu tarixdə leysan yağacaq - Xəbərdarlıq
07.08.2026, 18:00 GÜNDƏM
-
"Rəşad Dağlının əfv siyahısına salınmasına əsas yoxdur"
07.08.2026, 17:45 MƏDƏNİYYƏT
-
AQTA heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlayıb
07.08.2026, 17:33 İQTİSADİYYAT
-
Yeni Partiya bu partiyanın qərargahına köçür - Aylıq 4 milyon tl kirayə haqqı var
07.08.2026, 17:18 DÜNYA
-
Mətbuat katibi: "ADY Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir..."
07.08.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
07.08.2026, 17:00 İQTİSADİYYAT
-
Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və... - TƏHLİL
07.08.2026, 16:55 SİYASƏT
-
Həftəsonu güclü külək əsəcək - Xəbərdarlıq
07.08.2026, 16:20 GÜNDƏM
-
Bələdiyyə sədri Məhəmməd Salaha torpaq təklif elədi: "Gəl burada yaşa, qarşıdakı illərdə Misirdə elə isti hava olacaq ki..."
07.08.2026, 16:11 İDMAN
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticəsi: 543 nəfər məqbul qiymət aldı
07.08.2026, 15:56 PRESS
-
Mikayıl Cabbarov: "Kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb"
07.08.2026, 15:43 İQTİSADİYYAT
-
"Səbail" futbol klubu Qubanı təmsil edəcək
07.08.2026, 15:34 İDMAN
-
"Tava-Təpə"dəki qədim kompleksin Qafqaz üçün unikallığını qeyd ediblər
07.08.2026, 15:25 MƏDƏNİYYƏT
-
“Arzum 999” ləqəbli tiktoker yenidən hakim qarşısında - Məhkəmə iclası
07.08.2026, 15:08 KRİMİNAL
-
Kamal Kılıçdaroğlu sevgi mesajları yayılan bələdiyyə sədrini partiyadan qovur
07.08.2026, 14:58 SİYASƏT
-
DÜNYADA YENİ GÜC MƏRKƏZİ YARANDI: Məkkə sazişi imzalandı - Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan yeni hərbi ittifaqda - FOTOLAR
07.08.2026, 14:58 GÜNDƏM
-
Tovuz sakini 66 yaşlı bibisini fermada güllələyib (Yenilənib)
07.08.2026, 14:39 KRİMİNAL
-
Tramp: "Ukraynaya verilmiş silahların bir hissəsi geri alına bilər"
07.08.2026, 14:12 GÜNDƏM
-
ABŞ prezidenti İranla sülhün anonsu verdi: "Danışıqlarda özüm də iştirak edirəm"
07.08.2026, 14:09 GÜNDƏM
-
Joze Mourinyo Arda Güləri əsas heyətdə düşünmür?
07.08.2026, 14:05 İDMAN
-
Prezident İlham Əliyev daha bir Fərman imzalayıb
07.08.2026, 13:25 GÜNDƏM
-
Təşkilat Komitəsi yaradıldı - Prezident onlara vəzifə verdi (SƏRƏNCAM + SİYAHI)
07.08.2026, 13:11 GÜNDƏM
-
Abel Məhərrəmovun oğlu, Zeynal Nağdəliyevin oğlu... - Prezident bu diplomatlarla bağlı sərəncam imzaladı (YENİLƏNİB)
07.08.2026, 13:03 GÜNDƏM
-
Yarıçılpaq görüntüləri ilə tanınan müğənni ayda bu qədər qazanır - FOTOLAR
07.08.2026, 13:03 ŞOU-BİZNES
-
Media və Yayım Şurası yaradıdı - Prezident strukturu təsdiqlədi + DETALLAR
07.08.2026, 12:57 PRESS
-
Deputatın qızı və kürəkəni saxlanıldı - Türkiyədə
07.08.2026, 12:54 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
07.08.2026, 12:45 CƏMİYYƏT