Klub prezidentinin qızını gizli hesabdan təhqir edən şəxs saxlanıldı

Klub prezidentinin qızını gizli hesabdan təhqir edən şəxs saxlanıldı

PRESS

Bugün, 15:24

"Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımın qızını sosial mediada asaxta və gizli hesablardan təhqir edənlərə qarşı əməliyyat başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidentinin sosial media səhifəsi üzərindən İstanbulun Bakırköy Baş Prokurorluğuna "profdraleks" və digər gizli profillərdən ailəsi, xüsusiylə qızının ünvanına təhqir yağdıranlara qarşı tədbir görülməsi tələbi öz bəhrəsini verib.

Məlumata görə, artıq saxta istifadəçilərdən biri -  "profdraleks"in arxasındakı şəxsin kimliyi bəlli olub: "Bakırköy Respublika Baş Prokurorluğunun təqdimatıyla Kiberpolis tərəfindən araşdırma aparılaraq,  "profdraleks" istifadəçi adı ilə sosial media hesabının sahibi Cengiz Yıldız olduğu aşkarlanıb. O, artıq saxlanılıb. Digərlərinə qarşı da tədbir görülür...".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR