Məşhur aktrisa fəryad etdi, Ərdoğandan mədət umdu: "Kriminal dəstə məni təhdid edir, gecələr qorxudan yata bilmirəm"

Məşhur aktrisa fəryad etdi, Ərdoğandan mədət umdu: \"Kriminal dəstə məni təhdid edir, gecələr qorxudan yata bilmirəm\"

MƏDƏNİYYƏT

Bugün, 13:10

Türkiyədə gənc aktrisa Kübra Süzgün kriminal dəstənin hədəfindədir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, canlı yayıma çıxaraq ölkə başçsı Ərdoğana ağalayaraq müraciət edib.

Aktrisa təfərrüata varmadan bildirib ki, kriminal dəstənin təhdidləri səbəbindən nə səhnəyə dönə, nə də küçəyə çıxa  bilir: "Artıq yaradacılıq və şəxsi həyatım durub. Çox böyük təhlükəylə üz-üzəyəm. Cənab Prezident Rəcəb Tayyib Ərdoğan, Sizə səslənirəm, xahiş edirəm, mənə kömək edin. Gecələr qorxudan yata bilmirəm. Kriminal dəstə tərəfindən ardıcıl təhdidlər alıram. Aktrisa kimi deyil, gənc bir qız kimi sizdən kömək istəyirəm...".

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR