"Sizin üçün ən uyğun peşə təkcə yaxşı bacardığınız deyil, həm də..." - Məleykə Abbaszadə

\"Sizin üçün ən uyğun peşə təkcə yaxşı bacardığınız deyil, həm də...\" - Məleykə Abbaszadə

CƏMİYYƏT

Bugün, 16:18

"Abituriyentlərə müraciət edərək ixtisas seçimi mərhələsində rəsmi məlumat mənbələrindən istifadə etməlidir".

Mia.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

bildirib ki, ixtisas seçimi ali təhsil yolunda verilən ən məsuliyyətli qərarlardan biridir və bu qərarı düzgün vermək üçün ilk növbədə etibarlı və rəsmi məlumat mənbələrinə istinad etmək vacibdir. “Hər birinizə tövsiyə edirəm ki, ixtisas seçiminə başlamazdan əvvəl jurnalla diqqətlə tanış olasınız. Jurnalda ixtisas seçimi elanı, müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və seçim prosesində sizə lazım olacaq digər vacib məlumatlar yer alır. Bu məlumatlarla tanış olmaq daha düşünülmüş və düzgün qərar verməyinizə kömək edəcək. Sizin üçün ən uyğun peşə təkcə yaxşı bacardığınız deyil, həm də maraq göstərdiyiniz, dəyərlərinizə uyğun gələn və gələcəkdə inkişaf etmək istədiyiniz sahədir”.

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR