Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu və ya Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti...
CƏMİYYƏT
Bugün, 17:29
Bütün ölkələr üçün səhiyyə sahəsi və vətəndaşların sağlamlığı prioritet sahələrdən biri hesab olunur. Bu sahədə mövcud olan nöqsanlar isə cəmiyyətin inkişafına birbaşa təsir edir. Lakin ölkəmizdə səhiyyə sahəsi yetərincə ürəkaçandırmı? Bunu bilmirəm.
Bakının keçmiş "Sovetski" adlanan ərazisinin sökülməsi nəticəsində Xırdalan şəhərinə köçdük. İnsanın olduğu mühiti kəşf etməsi aspektindən yanaşsaq, mən də Abşeron rayonunu kəşf etməyə başladım. Əlbəttə, bəzən kəşf yalnız maraqdan doğmur, zərurət də öz sözünü deyir.
Xırdalan şəhərinə köçəndən sonra tibbi sənədlər üçün yolum Abşeron rayon Mərkəzi Xəstəxanasına düşdü. Məlumat üçün deyim ki, Abşeron rayonunda bir baş idarə kimi Mərkəzi Rayon Xəstəxanası, 2 qəsəbə xəstəxanası, 2 poliklinika, 11 həkim məntəqəsi, 2 tibb məntəqəsi, Mərkəzi Rayon Xəstəxanası nəzdində fəaliyyət göstərən təcili və təxirəsalınmaz yardım şöbəsi əhaliyə səhiyyə xidməti göstərir.
Abşeron rayon Mərkəzi Xəstəxanasının binası əvvəllər bir uşaq bağçası kimi fəaliyyət göstərib. Daha sonra əsaslı təmir olunaraq 1983-cü ildən 60 çarpayılıq uşaq infeksion xəstəxanası kimi istifadəyə verilib. 2006-cı ildən 2008-ci ilin avqust ayına kimi xəstəxana binası sabiq icra başçısı Zakir Fərəcovun göstərişi əsasında rekonstruksiya və əsaslı təmir olunaraq 80 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası kimi əhalinin istifadəsinə verilib. Müasir avadanlıqla təchiz edilmiş 2 mərtəbəli, 80 çarpayılıq xəstəxanada doğum, uşaq, cərrahiyə, ginekologiya və reanimasiya şöbələri, laboratoriya, 3 bufet, mətbəx, camaşırxana fəaliyyət göstərib.
2021-ci ilin fevralında isə prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa olunan binası istifadəyə verilib. Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan mərkəzi xəstəxana, Abşeron rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin köçürülməsi nəzərdə tutulub. Ölkə başçısının müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsində cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərir. Tibb müəssisəsi TƏBİB-in tabeliyindədir. Bura qədər hər şey əladır. Ancaq indiki reallıq heç də ürəkaçan sayılmaz.
Abşeron rayon Mərkəzi Xəstəxanasının bitməyən problemləri davam edir
Dövlət səviyyəsində diqqətin ayrılmasına baxmayaraq, bu xəstəxanaya yolu düşənlərin gününün çox hissəsinin növbədə gözləməklə keçməsi, əsəb və stressin pik səviyyədə olması danılmazdır. Bu əsəb-stress yalnız vətəndaşlara da aid deyil. Elə tibb işçilərinin əksəriyyəti də gərgin və əsəbidir. Bunun səbəbini soruşduqda cavab olaraq bildirilir ki, xəstəxanada tələb-təklif disbalansı yaşanır. Belə ki, kifayət qədər böyük olan xəstəxanada bəzi tibbi sahələri üzrə cəmi bir həkim təyin olunub. Məsələn, o boyda xəstəxananın cəmi bir onkoloqu var. Onkoloji xəstələrin sayının getdikcə artığını nəzərə alsaq, əlillik üçün arayış almaq istəyənləri və həmin onkoloqun qapısının ağzında yaranan növbəni siz təsəvvür edin. Saatlarla çəkən uzun növbələr, gözləməkdən yorulan vətəndaşlar əsəbi, gün ərzində normadan çox xəstə qəbul edən həkim isə gərgin olur. Bu, hələ canlı şahidi olduğum haldır. Yəni, Abşeron rayonunun inzibati ərazisində yaşayan əhaliyə xidmət göstərən Xəstəxanada ciddi həkim çatışmazlığı yaşanır. Xəstəxanaya üz tutan vətəndaşların sayı isə ilbəil artmaqdadır.
Komissiya “bufet”də fəaliyyət göstərir
Xəstəxananın problemi bununla da bitmir. İlk dəfə biləndə mən də təəccüblənmişdim. Təsəvvür edin ki, ümumi ərazisi 4 hektar, tikinti sahəsi isə 6300 kvadratmetr olan bir xəstəxananın bufeti yoxdur. Xəstəxananın həkimləri nahar yeməyini xəstələri qəbul etdikləri otaqda edirlər. Necə? Çox sadə. Saat 13:00-14:00 nahar vaxtıdır və bu saatda qəbul otaqlarının qapıları içəridən bağlanır. Daha sonra tibb işçiləri ya sifariş etdikləri, ya da evdən gətirdikləri yeməklərlə nahar edirlər. Nahar saatı bitəndən sonra yemək iyi bürümüş otaqlarda yenidən xəstə qəbulu aparılır.
Əslində xəstəxananın bufeti var. Ancaq bu, fərqli bufetdir. Vətəndaşlara xidmət edir, amma kreativ formada...Geniş ərazisi olduğunu qeyd etdiyim xəstəxanada əlilliyin təyini üçün yaradılan komissiya qəbulu məhz "bufet"də aparılır. Bəli, bəli... Xəstəxanada boş bir otaq yoxdur ki, komissiya qəbulu aparılsın. İnsanlar yalnız həftənin bəlli günündə və saatında bufet deyilən, ancaq stol və stullardan ibarət olan otağa yığılırlar və komissiyadan keçirlər.
Bir sözlə, vətəndaşlara tibbi xidmət üçün nəzərdə tutulan xəstəxanadakı nöqsanlar insanların sağalmasından daha çox, əsəblərinin daha da pozulmasına səbəb olur. Günahkar kimdir? Yəqin ki, xəstəxananın tabe olduğu müvafiq qurum... Çünki elə həmin xəstəxananın tibb işçiləri də yaşadıqları vəziyyətdən məmnun deyillər.
Sonda müvafiq qurumlara Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırlatmaq istərdim: "Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir".
Ümid edirəm ki, 434 min nəfərlik Abşeron rayonu əhalisinin və Abşeron rayon Mərkəzi Xəstəxanasının tibbi heyətinin yaşadığı çətinliklər tezliklə öz həllini tapacaq.
Gülşən Şərif
Bakivaxti.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İcra başçısı: "Onlar buna cavab verə bilməsələr, məndən soruşacaqlar, mən də..."
Bugün, 18:05 CƏMİYYƏT
-
"Mançester Yunayted" türk qolkiperlə vidalaşır - Altay Bayındırın yeni komandası...
Bugün, 17:52 İDMAN
-
Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu və ya Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti...
Bugün, 17:29 CƏMİYYƏT
-
İordaniyada Qüdslə bağlı sammit - 14 ölkə birgə bəyanat yaydı
Bugün, 17:27 DÜNYA
-
Müğənni Üzeyir Mehdizadə obyekt açıb
Bugün, 17:14 ŞOU-BİZNES
-
Yardımlı meşələrində fəlakət: 11 saylı Regional İdarə təbiəti biznes mənbəyinə çevirib + FOTOLAR
Bugün, 17:07 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Rusiyadan Ermənistana buğda göndəriləcək - Azərbaycandan tranzit keçməklə
Bugün, 16:48 İQTİSADİYYAT
-
Yeni icra başçıları kollektivlərə təqdim edilib - FOTOLAR
Bugün, 16:48 GÜNDƏM
-
Jurnalist başına gələnləri yazdı: "Azərbaycandilli media nə qədər yazsa da... - "Siyasi elita rusdillidir deyə haqqın.az-da rusca reportaja görə ADY rəhbərliyi iclas çağırdı"
Bugün, 16:29 GÜNDƏM
-
CHP rəhbərliyi də PKK-çıları cəzadan azad edəcək qanunu dəstəklədi
Bugün, 16:10 SİYASƏT
-
Aparıcı Nigar Fərhadın əri həbs edildi
Bugün, 16:03 PRESS
-
Azərbaycan II Liqasında 2026/2027 mövsümünün püşkü atıldı
Bugün, 15:58 İDMAN
-
Hindistanda yeni virus yayılıb
Bugün, 15:39 DÜNYA
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 15:29 GÜNDƏM
-
"Əgər Ermənistan-Azərbaycan müharibəsi davam etsəydi..." - "Bu, artıq yeni geosiyasi reallığın ayrılmaz hissəsidir"
Bugün, 15:18 SİYASƏT
-
Polkovnik-leytenant vəzifədən azad edilib
Bugün, 15:13 CƏMİYYƏT
-
Kartdan-karta pul köçürmələri: narahatlıq böyüyür - Hüquqşünas nə deyir?
Bugün, 15:07 İQTİSADİYYAT
-
Hikmət Hacıyev: "Sərhədin o tayında yaşayanlar bizim qardaşlarımızdır" - "Azərbaycan öz ərazisinin başqa ölkəyə qarşı istifadəsinə icazə verməz"
Bugün, 14:55 GÜNDƏM
-
Suriya xarici işlər naziri Türkiyəyə gəlir
Bugün, 14:51 DÜNYA
-
Çindən ABŞ-ın həmləsinə cavab gecikmədi - 6 şirkətə sanskiya tətbiq olundu
Bugün, 14:46 İQTİSADİYYAT
-
Cənubi Koreyada isti hava 21 canı aldı
Bugün, 14:46 DÜNYA
-
“Azercell”dən illik “ZengimCELL” xidməti
Bugün, 14:22 İQTİSADİYYAT
-
"Fənərbağça"nın qiyməti qaldırması ispanların geri çəkilməsinə səbəb oldu - Amrabatın transferi alınmadı
Bugün, 14:09 İDMAN
-
9-cu sinif məzunları bu kollecləri seçə bilməz - SİYAHI
Bugün, 14:00 GÜNDƏM
-
ABŞ-da maraqlı olay: 100 ədəd M60 döyüş tankı dənizə atıldı - SƏBƏB + FOTOLAR
Bugün, 13:48 DÜNYA
-
"Sumqayıt" braziliyalı futbolçunu heyətinə cəlb edib
Bugün, 13:35 İDMAN
-
Dəniz Kərimzadə Kommunikasiya şöbəsinin müdiri təyin olunub
Bugün, 13:14 PRESS
-
Prezident Dövlət Proqramına dəyişikliyi təsdiqləyib - Əmlakın idarə edilməsi ilə bağlı
Bugün, 13:05 İQTİSADİYYAT
-
Sosial şəbəkələrdə qanun pozuntusu: yeni cərimələr müəyyənləşdi - Prezident dəyişiklikləri təsdiqlədi
Bugün, 12:58 PRESS
-
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi - FOTO
Bugün, 12:40 GÜNDƏM
-
Müavinlər rəis təyin olundu - “Bakı Metropoliteni”də dəyişiklik
Bugün, 12:38 GÜNDƏM
-
Xocavəndə növbəti köç olub
Bugün, 12:32 GÜNDƏM
-
Yağış yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:25 CƏMİYYƏT