Polkovnik-leytenant vəzifədən azad edilib

Polkovnik-leytenant vəzifədən azad edilib

CƏMİYYƏT

Bugün, 15:13

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) kadr dəyişikliyi baş verib.

Mia.z xəbər verir ki, Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Pərviz Hüseynov vəzifəsindən azad edilib. Bununla bağlı SHXÇDX-nin rəisi general-mayor Mürsəl İbrahimov əmr imzalayıb. Bildirilib ki, P.Hüseynov xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad edilib. Digər əmrə əsasən, polkovnik-leytenant Ruslan Əhmədov Tərtər rayon şöbəsinə rəis əvəzi vəzifəsinə müvəqqəti təyinat alıb. Qeyd edək ki, Pərviz Hüseynov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Tərtər rayon şöbəsinin rəisi vəzifəsində çalışırdı. (Manşet.az)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR