Ceyhun Bayramov Ukrayna XİN-də arxiv sənədlərlə tanış olub

Ceyhun Bayramov Ukrayna XİN-də arxiv sənədlərlə tanış olub

SİYASƏT

Bugün, 15:04

Xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində (XİN) arxiv sənədlərlə tanış olub.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, sənədlər Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik nümayəndəliyinin (Komissarlığının) fəaliyyətini, həmçinin 1918–1920-ci illərdə Azərbaycan ilə Ukrayna arasında mövcud olmuş diplomatik münasibətləri əks etdirir.

Nazirə təqdim olunan materiallar sırasında həmin dövrə aid tarixi sənədlər, rəsmi yazışmalar, eləcə də Azərbaycan və Qafqaz regionu ilə bağlı hazırlanmış hesabatlar yer alıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR