Avropa Məhkəməsi Xaçmaz bazarının sahibinin qətli ilə bağlı hökumətə suallar ünvanladı - DETALLAR
SİYASƏT
05.08.2026, 10:38
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2010-cu ildə Xaçmazda qətlə yetirilmiş sahibkar Nəcimə Babayevanın ölümü ilə bağlı Azərbaycan hökumətinə suallar ünvanlayıb.
Mia.az “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, məhkəmə Babayevanın qızı Gülnarə Həbibovanın şikayətini hökumətlə kommunikasiya mərhələsinə keçirib. AİHM hökumətdən qətl işi üzrə səmərəli araşdırma aparılıb-aparılmadığına, eləcə də Həbibovanın şəxsi həyatına hörmət hüququnun pozulması iddiasına münasibət bildirməsini istəyib.
73 yaşlı Nəcimə Babayeva 2010-cu il sentyabrın 15-də yaşadığı evdə qətlə yetirilib. Baş Prokurorluğun İstintaq İdarəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, hadisənin üstü 16 ilə yaxındır açılmayıb.
Gülnarə Həbibova AİHM-ə şikayətində bildirib ki, anasının qətlinin ölkə daxilində obyektiv və hərtərəfli araşdırılması təmin edilməyib. Onun sözlərinə görə, cinayət işinin materialları ilə tanış olmasına da icazə verilməyib. Bu səbəbdən ailənin istintaqa təqdim etdiyi versiyaların yoxlanılıb-yoxlanılmadığı barədə məlumat ala bilməyib.
Həbibova həmçinin iddia edir ki, istintaqın gedişi ilə maraqlanmaq üçün prokurorluğa getdiyi vaxt təhvil verdiyi telefonuna gizli şəkildə izləmə və dinləmə proqramı yerləşdirilib. O, bundan sonradan xəbər tutduğunu və telefonuna müdaxilədə iştirakı olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etdiyini bildirib.
Baş Prokurorluğa müraciətlərinin nəticəsiz qaldığını deyən Həbibova həm qətlin səmərəsiz araşdırılması, həm də telefonuna müdaxilə olunması ilə bağlı yerli məhkəmələrə üz tutub. Lakin məhkəmələr onun şikayətlərini təmin etməyib.
Nəcimə Babayeva təxminən 25 il Xaçmaz bazarına rəhbərlik edib. O, bazarı 2004-cü ildə özəlləşdirib və obyekt sonradan “Arzu” Ticarət Mərkəzi adı ilə fəaliyyət göstərib.
Babayevanın övladları əvvəllər iddia ediblər ki, qətldən əvvəl bazarın onun əlindən alınmasına cəhd göstərilib, sahibkara müxtəlif formalarda təzyiq edilib. Ailə bu proseslərin arxasında 2004–2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı olmuş Şəmsəddin Xanbabayevin dayandığını iddia edib. Xanbabayev isə bu ittihamları təkzib edib.
“Arzu Özəl Ticarət Mərkəzi” MMC 2025-ci ilin iyulunda ləğv olunduğunu açıqlayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Bugün, 16:45 GÜNDƏM
-
Yeni səfirimiz etimadnaməsini Qazaxıstan XİN-ə təqdim edib
Bugün, 16:36 SİYASƏT
-
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur
Bugün, 16:36 CƏMİYYƏT
-
Çağırışa möhlət verilən bu şəxslər tibbi müayinəyə çağırılır - ƏƏSMN açıqlama yaydı
Bugün, 16:19 CƏMİYYƏT
-
"Azərişıq" yeni tenderə hazırlaşır
Bugün, 16:07 İQTİSADİYYAT
-
Türkiyə qırıcısı Rusiyanın PUA-sını vurdu - NATO sözçüsü "Alyans hər cür təhdidlərə hazırdır" xəbərdarlığı etdi
Bugün, 15:56 DÜNYA
-
Ağdamda yanğın başlayıb - VİDEO
Bugün, 15:41 CƏMİYYƏT
-
Mənsur Yavaş istefa xəbərindən danışdı: "Haqqında ortaya atılan siyasi ssenari..."
Bugün, 15:16 SİYASƏT
-
İyi Partiyadan daha bir deputat istefa verdi
Bugün, 15:10 DÜNYA
-
Daha bir türk əsilli kriminal dəstə lideri xaricdə saxlanılıb - FOTO
Bugün, 14:59 KRİMİNAL
-
SOCAR-ın BORCU: hansı qurumlara nə qədərdir? - Maliyyə hesabatı + SİYAHI
Bugün, 14:53 İQTİSADİYYAT
-
Sərhəd Qoşunları komandanı vəzifədən azad edildi - DSX rəisinə yeni müavin gətirildi
Bugün, 14:32 GÜNDƏM
-
Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - VİDEO
Bugün, 14:14 ŞOU-BİZNES
-
YÜKSƏK BAL TOPLAYANLARIN SAYI ARTIB: "Onların hamısı istədiyi tibb ixtisasına qəbul ola bilməyəcək"
Bugün, 14:07 CƏMİYYƏT
-
"WhatsApp"da doğmaların adıyla dələduzluq halları artıb, DİN xəbərdarlıq edir: "Dərhal inanmayın"
Bugün, 13:53 GÜNDƏM
-
"Dövlət auditi" informasiya sistemi yaradıldı - Yeni fərman + DETALLAR
Bugün, 13:49 GÜNDƏM
-
Hesablama Palatasına yeni səlahiyyətlər verildi - Prezident daha üç qanuna dəyişiklik etdi
Bugün, 13:49 İQTİSADİYYAT
-
Prezident Kənd Təsərrüfatı Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman
Bugün, 13:30 GÜNDƏM
-
Partiya sədrindən döyülən deputatla bağlı açıqlama: "Bu rəzillik qəbuledilməzdir"
Bugün, 13:16 SİYASƏT
-
İcra başçısını təhqir edən şəxs həbs olundu - Təfərrüat
Bugün, 13:04 CƏMİYYƏT
-
Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb
Bugün, 12:58 CƏMİYYƏT
-
Azərbaycan-Özbəkistan IV Regionlararası Forumu keçiriləcək - Daşkənddə
Bugün, 12:51 İQTİSADİYYAT
-
Sabah yağışlı hava olacaq
Bugün, 12:21 CƏMİYYƏT
-
"Bir qocaman sənətkar kimi ən böyük arzum..." - “Bəzən efirlərdə elə adamları çıxarıb reklam edirdilər ki..."
Bugün, 12:04 MƏDƏNİYYƏT
-
Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur
Bugün, 11:52 SİYASƏT
-
ABŞ-da eyni gündə üç ölüm hökmü icra edilib - Son 16 ildə ilk dəfə...
Bugün, 11:49 DÜNYA
-
Kamran Əliyev Çin səfiri ilə görüşdü - Nələr müzakirə olunub?
Bugün, 11:46 SİYASƏT
-
Kamran Əsədov məhkəmədə: "Onlara qarşı tədbir görün"
Bugün, 11:26 CƏMİYYƏT
-
Kəmaləddin Heydərovun bəstələdiyi mahnılar... - Onları kim oxuyub? + VİDEOLAR
Bugün, 11:18 MƏDƏNİYYƏT
-
Rusiya ordusu Ukraynanın iri şəhərlərini bombaladı: ölən və yaralananlar var
Bugün, 10:58 GÜNDƏM
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı (Yenilənib)
Bugün, 10:46 GÜNDƏM
-
Kolleclərə qəbulun nəticələri elan olunub
Bugün, 10:45 GÜNDƏM
-
“Global Media”nın əməkdaşı vəfat edib
Bugün, 10:37 PRESS
-
Mübariz Tağıyevdən “Yeni ulduz”un bərpa iddiasına reaksiya:: "SMS ilə müğənni seçmək bir az çətin məsələdir" - Onlara ürəyim ağrıyırdı”
Bugün, 10:24 MƏDƏNİYYƏT