ÖZGÜR ÖZƏLİ HƏBS ETMƏK İSTƏYİRLƏR - Prokurorluq ittiham aktı hazırladı, partiya sədrinin toxunulmazlığının  qaldırılması tələb olunur

ÖZGÜR ÖZƏLİ HƏBS ETMƏK İSTƏYİRLƏR - Prokurorluq ittiham aktı hazırladı, partiya sədrinin toxunulmazlığının  qaldırılması tələb olunur

SİYASƏT

Bugün, 00:13

Türkiyədə CHP-dən 90 deputatla ayrılaraq Yeni Partiya yaradan Özgür Özəli həbs etmək istəyirlər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu ittiham aktı hazırlayıb.

Məlumata görə, Yeni Partiyanın lideri Özgür Özələ və Malatyadan deputat Vəli Ağbabaya qarşı hazırlanan və "rüşvət almaq"dan bəhs edən ittiham aktı Ədliyyə Nazirliyinə göndərib: "İttiham aktında Özəlin deputat toxunulmazlığının qaldırılması tələb olunur".

Məlumada deyilir ki, Ədliyyə Nazirliyinə təqdim edilən dosye orada incələndikdən sonra müvafiq qərarla  Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndəriləcək: "Əgər parlament qərarı təsdiq edərsə, yəni, toxunulmazlıqlar qaldırılarsa, o zaman Özgür Özəl və Vəli Ağbabanın həbsi qaçılmaz olacaq".

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR