"Beşiktaş" məşhur hücumçudan imtina edib? - "Salah ilə danışıqlar hazırda dayandırılıb"

\"Beşiktaş\" məşhur hücumçudan imtina edib? - \"Salah ilə danışıqlar hazırda dayandırılıb\"

İDMAN

Bugün, 09:13

"Beşiktaş"ın futbol şöbəsi direktoru Önder Özen jurnalistlərə müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o,  müsahibəsində Məhəmməd Salahla bağlı mühüm açıqlama verib.

Klub rəsmisi bildirib ki, "Beşiktaş"ın Avropa oyunlardan əvvəl və sonra əsas diqqət Məhəmməd Salahın transferinə köklənibmiş: "Çox gərgin gündəm yaranmışdı. Təbii ki, bütün media və azarkeşlər bu transferə böyük maraq göstərdilər.  Klubumuz dünyanın ən vacib oyunçularından biri hesab edilən Məhəmməd Salah kimi super ulduzla əlaqə saxladı. Bu, həmçinin maliyyələşdirmə modelini də əhatə edirdi. Salah qlobal ulduzdur, hörmətli idmançıdır, görkəmli karyerası var. Onun beynəlxalq kimliyi olduqca yüksəkdir. Xüsusilə də bizim bölgəmizdə, Avropada, Britaniyada onun qitələrarası şöhrəti sayəsində mali potensialını gördük. Texniki-iqtisadi əsaslandırma aparıldı. Qahirədə neçə forma satılacaqdı? Ölkəmizdə neçə, "Kartal Yuvasın"-da (Beşiktaşın rəsmi mağazası) neçə? Bu amillər hesablanmışdı və klubumuz üçün cəlbedici görünürdü. Buna görə də danışıqlar başladı. Maliyyə detallarının müzakirə olunmadığı danışıqlar hissəsində həm mən, həm də məşqçimiz Vinçenzo İtalyano Salahla cəmi üç dəfə görüşdük. Salah ilə görüşlər hazırda bizim üçün dayandırılıb."

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR