Kəlbəcərdə mina partladı, bir nəfər yaralandı - Üç qurumdan birgə məlumat...

Kəlbəcərdə mina partladı, bir nəfər yaralandı - Üç qurumdan birgə məlumat...

GÜNDƏM

21.07.2026, 14:29

Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində mina partlayıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR