SEPAH Pentaqonu ittiham edir: “Yalan məlumat yayırlar, itkiləri daha çoxdur”

SEPAH Pentaqonu ittiham edir: “Yalan məlumat yayırlar, itkiləri daha çoxdur”

DÜNYA

21.07.2026, 13:38

Amerka ilə müharibədə əsas rolu oynayan İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Müdafiə Nazirliyini (Pentaqon) saxta məlumat yaymaqda ittiham edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bəyanatda Pentaqonun İranla son 10 gündəki müharibədə cəmi 100 hərbçinin yaralanması açıqlaması uydurma adlandırılıb: “ABŞ Müdafiə Nazirliyi hər zaman olduğu kimi, yenə də itkilərini gizlədir. Çünki itkilər  açıqlanan rəqəmlərdən qat-qat çoxdur. Onu da əminliklə bildiririk ki, təkcə İordaniyadakı ABŞ bazasına hücumda çoxlu sayda amerikalı əsgər həyatını itirib…”

Xatırladaq ki, Pentaqon iyulun 12-dən bəri İranın əks hücumunda 3 hərbçilərinin həlak olması, 86-sı yüngül olmaqla 100 hərbçinin isə yaralandığını təsdiqləyib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR