Gədəbəydə 500-ə yaxın qəbir abidəsi aşkarlanıb - FOTOLAR
MƏDƏNİYYƏT
Bugün, 12:25
Gədəbəy rayonu ərazisindəki Xarxar nekropolunda 500-ə yaxın qəbir abidəsi aşkarlanıb.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan Mia.az-a bildirilib ki, 2023-cü ildə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılmış nekropolda arxeoloji kəşfiyyat işlərinə söykənən ilk əsaslı tədqiqat zamanı yerüstü əlamətləri bilinən 130-a qədər qəbir abidəsinin varlığı qeydə alınmışdı. Hazırda isə üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilib, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub.
Məlumata görə, qəbirlərin bəziləri dikinə basdırılmış baş və ayaq daşları, qəbir kameraları üzərində cənub-qərb – şimal-şərq istiqamətində uzadılmış sinə daşları ilə müşayiət olunurlar. Yalnız sinə daşları ilə müşayiət olunan qəbirlərin sayı isə daha çoxdur. Qəbirlər sıx salınmışdır və qəbirüstü daşların ölçüsündə qeyri-standartlıq müşahidə olunur. Baş və sinə daşları təxminən 2-2,5 m uzunluğunda, 50-80 sm qalınlığında olub, ağırlıqları 200-300 kq-dan 1 tona qədərdir. Ehtimal etmək olar ki, bu qədər ağır çəkidə qəbir daşları zamanında xüsusi texnologiya ilə qəbristanlığa gətirilib, dəfn mərasimlərində istifadə edilib.
Nekropolda arxeoloji qazıntı işlərindən öncə ölçü işləri aparılıb, reperlər təyin edilmiş və qazıntı sahəsi müvafiq qazıntı zonalarına (A, B, C, D, E) və qazıntı kvadratlarına (A1, A2, B1, B2, və i.a.) bölünüb. 10x10 m ölçüdə 17 qazıntı kvadratı (şimal-cənub istiqamətində) müəyyən edilib, 1700 m2-lik ümumi qazıntı sahəsinin 12 kvadratında ilkin mərhələ artıq tamamlanıb. Nekropoldakı qəbirlərin dəqiq sayını və onların tutduğu arealı müəyyən etmək məqsədilə ərazinin üst torpaq örtüyü relyefdən asılı olaraq 20-40 sm qalınlığında götürülüb. Üst torpaq örtüyün götürülməsi nəticəsində xeyli sayda yeni qəbirlər (əsasən uşaq qəbirləri) müəyyən edilmiş, beləliklə, qəbirlərin ümumi sayı hələlik 500-ə yaxın olub. Bu rəqəm, yerüstü əlamətləri əsasında müəyyən edilmiş qəbirlərin sıralamasında statistik artımı və nekropolun qəbirlərinin real sayını göstərir. Torpaq işlərinin digər kvadratlarda tamamlanması prosesinin sonunda bu qəbirlərin sayında yenə də artım istisna edilmir.
Nekropolun qəbirlərində vahid istiqamət prisnsipi gözlənilir. Müşahidə edilib ki, bəzi sapmaları nəzərə alınmasa, əksər qəbirlər cənub-qərb – şimal-şərq istiqamətində salınıb. Qəbir daşları üzərində işlənmə izləri və əlamətləri yoxdur. Daşların, demək olar ki, çox böyük əksəriyyəti təbii qaya, dağ daşlarıdır. Bəzi qəbir daşları qranit cinslidir. Çox az sayda baş və sinə daşlarının səthi kobud formada hamarlanıb. Belə daşların üzərində əsasən cızma üzulu ilə alban xaçları təsvir edilib. Xaç təsvirlərinə müxtəlif formalarda rast gəlinir. Yanları qabartmalı lotos gülü formasında həkk edilmiş xaç təsvirləri daha çox üstünlüyə malikdirlər. Onların sayı az olsa da, alban dövrü xristian simvollarının müəyyən edilməsi baxımından əhəmiyyət daşıyırlar. Tərtibatı və özünəməxsus təsvir xüsusiyyətlərinə görə alban xaç daşları dövrün memarlığının, incəsənətinin və dini simvolikasının üzvi sintezini yaradıb. Alban xaç daşları haqqında elmi tədqiqatlar alban xristian abidələrinin tarixini arxeoloji və memarlıq baxımından tədqiq etməyə, xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir.
Qeyd edək ki, nekropolun sahəsi 1 ha-dan bir qədər artıqdır. İlkin müşahidələr onu deməyə əsas verir ki, zamanında nekropolun sərhədləri daha geniş əraziləri əhatə edib. Bu fikri yaxın ətraflardan, xüsusilə əkin yerlərindən tapılan eyni formalı qəbir daşlarının aşkarlanması da sübut edir. Ayrıca, nekropolun şərq hüdudunda sərt dağ yamacının torpaqlarını yağış və sel sularının yuması və aşınma nəticəsində bəzi qəbirlər dağıntıya məruz qalıb.
Xarxar nekropolu Gədəbəy rayonunun Xarxar kəndində, Xarxarçayın kiçik dağ çayı qolunun hündür sol sahilində, yüksək dağ zirvəzindən çay dərəsinə yönəlik yastı, az maili təpəliyin üzərində qərarlaşır.
Növbəti mərhələdə qəbirlərin açılması, dəfn adətlərinin tədqiq edilməsi, insan qalıqları üzərində antropoloji tədqiqatların aparılması və s. işlər planlaşdırılır.
İlkin tədqiqatlar onu deməyə əsas verir ki, nekropolda dəfnlər az sayda xristianlığa qədərki mərhələyə, daha çox dəfnlər isə xristianlığın qəbulundan sonrakı mərhələyə aiddir. Təxmin etmək olar ki, xristianlığın qəbulundan sonrakı 4-5 əsr ərzində nekropolda dəfnlər ardıcıl olaraq icra edilmişdir.
Nekropolda arxeoloji tədqiqatlar davam edir.
Xatırladaq ki, Xarxar nekropolunun yerləşdiyi məkan ilk dəfə 2012-ci ildə mərhum arxeoloq Qoşqar Qoşqarlı tərəfindən Şəmkir və Gədəbəy rayonları ərazisində alban dövrünə aid arxeoloji abidələrin qeydiyyatı aparılan zaman yerli əhalinin verdiyi məlumat əsasında müəyyən edilmiş, əraziyə ilkin arxeoloji baxış keçirilmiş, müşahidələr aparılıb və abidənin xüsusiyyətləri müəyyən edilib. Nekropolda arxeoloji kəşfiyyat işlərinə söykənən ilk əsaslı tədqiqat isə 2023-cü ildə Gədəbəy arxeoloji ekspedisiyasının rəhbəri Tükəzban Göyüşova tərəfindən aparılıb, nekropolun tutduğu areal müəyyənləşdirilib, qəbirlərin bəziləri fotolaşdırılmış, abidənin yerləşdiyi ərazinin çevrə koordinatları götürülüb və bu barədə toplanılan informasiya müəllifin elmi hesabatına daxil edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
CHP-dən Özgür Özəlin yeni partiya elanına ilk reaksiya: “Daha susmayacağıq”
Bugün, 18:25 SİYASƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Prokurorlar onların şikayətləri üzrə çıxışa başlayıb
Bugün, 18:03 GÜNDƏM
-
"Arka Sokaklar"ın “Vedat müdüri” Qocalar evinə sığınıb: “Heç kim məni axtarmır” - FOTO
Bugün, 17:47 MƏDƏNİYYƏT
-
Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar..."
Bugün, 17:29 İQTİSADİYYAT
-
Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Bugün, 17:23 SİYASƏT
-
CHP-nin “Kölgə kabineti”nin “vuran əl”i də istefa verdi
Bugün, 17:09 SİYASƏT
-
Hikmət Hacıyev Berlində qarşılaşdığı Tural Sadıqlıya belə dedi: "Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir" -VİDEO
Bugün, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
İran Küveytin bir hissəsini işıq və sussuz qoyub
Bugün, 16:56 DÜNYA
-
Mərkəzi Gömrük Hospitalı ürək transplantasiyası icra edəcək
Bugün, 16:52 CƏMİYYƏT
-
Hökumət bu qurumlara səlahiyyət verdi - Süni intellektlə bağlı + CƏDVƏL
Bugün, 16:47 GÜNDƏM
-
Bu sahələrdə işləyən müəllimlər də sertifikatlaşdırılacaq - Qərar verildi + SİYAHI
Bugün, 16:41 MƏDƏNİYYƏT
-
BERLİNDƏN VERİLƏN MESAJLAR... - TƏHLİL
Bugün, 16:41 SİYASƏT
-
ÖZGÜR ÖZƏLİN YENİ PARTİYASINDA 82 DEPUTAT OLACAQ – SİYAHI
Bugün, 16:27 SİYASƏT
-
Prezident İlham Əliyevlə Almaniya Kansleri bir araya gəldi: yeni sənədlər imzalandı, birgə şura yaradıldı - Berlində (Yenilənir)
Bugün, 16:20 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununa nə qədər bilet satılıb?
Bugün, 16:01 İDMAN
-
Kansler İlham Əliyevlə brifinqdə: "Bakı və Berlin arasında münasibətlər dinamik şəkildə inkişaf edir"
Bugün, 16:01 SİYASƏT
-
İlham Əliyev Almaniya Kanslerini Azərbaycana dəvət edib
Bugün, 15:41 GÜNDƏM
-
Azərbaycanda yenilik: motosikletlər ilk dəfə təcili tibbi yardım xidmətinə cəlb olundu - FOTOLAR
Bugün, 15:14 GÜNDƏM
-
ÖZGÜR ÖZƏL İSTEFA VERDİ, YENİ PARTİYA QURULUR: “Sizə söz verirəm ki…” – “Hər son bir başlanğıcdır”
Bugün, 14:51 SİYASƏT
-
Kəlbəcərdə mina partladı, bir nəfər yaralandı - Üç qurumdan birgə məlumat...
Bugün, 14:29 GÜNDƏM
-
"Bu ildən jurnalistika ixtisasına qəbul olmaq istəyənlər inşanı kompüterdə yazacaq"
Bugün, 14:16 PRESS
-
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
Bugün, 14:12 İQTİSADİYYAT
-
Azərbaycan və Almaniya prezidentləri görüşüblər - FOTOLAR (YENİLƏNİB)
Bugün, 14:12 GÜNDƏM
-
DAŞDAN ÇIXAN BƏNÖVŞƏ...
Bugün, 13:59 PRESS
-
"Qəbələ" nigeriyalı futbolçu alıb
Bugün, 13:57 İDMAN
-
SEPAH Pentaqonu ittiham edir: “Yalan məlumat yayırlar, itkiləri daha çoxdur”
Bugün, 13:38 DÜNYA
-
"Yalnız Sizdən kömək gözləyrəm" - Qarabağ veteranı icra başçısı ilə bələdiyyə sədrindən şikayətləndi, dövlət başçısına üz tutdu
Bugün, 13:20 CƏMİYYƏT
-
Aytəkin Səfərəliyevanın şeiri
Bugün, 13:02 MƏDƏNİYYƏT
-
Yusif Seyidov icra başçısının birinci müavini təyin olunub
Bugün, 12:54 CƏMİYYƏT
-
Aparıcı bu görüntüləriylə gündəm oldu – FOTOLAR
Bugün, 12:41 PRESS
-
Braziliyalı məşhur futbolçu estetik əməliyyata girdi, belə oldu – FOTO
Bugün, 12:31 İDMAN
-
Gədəbəydə 500-ə yaxın qəbir abidəsi aşkarlanıb - FOTOLAR
Bugün, 12:25 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:11 CƏMİYYƏT