Britaniyanın yeni Baş naziri: “10 illik yeni proqram hazırlanacaq”  

 Britaniyanın yeni Baş naziri: “10 illik yeni proqram hazırlanacaq”  

DÜNYA

20.07.2026, 23:29

Böyük Britaniya Leyborist Partiyasının lideri seçilən Endi Börnhem ölkənin Starmerin istefasından sonra ölkənin yeni baş naziri olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Baş nazirin ofisinin yerləşdiyi Dauninq küçəsi, 10 ünvanında jurnalistlərə açıqlama verib.

O, açıqlamasında Kral III Çarlzın hökumət qurmaq dəvətini qəbul etdiyini bildirib: “2016-cı ildən bəri 7-ci baş nazir olduğumun fərqindəyəm. Bu, həm hesablaşma, həm də yeni qətiyyət tələb edən bir andır. Siyasətçilər yeni nəslinin yeni çağırışına uyğunlaşmalı və standartları artırmalıdır. Britaniya dünyaya sabitliyini bərpa edə biləcəyini göstərməlidir. Siyasətin işləməsi üçün qarşıda duran vəzifə budur. Bilirəm ki, evdəki insanlar siyasətdən beziblər. Sizi eşidirəm və sizinlə dürüst olmaq istəyirəm.Son 40 ilin ən böyük dəyişikliklərini həyata keçirərək dönüş nöqtəsinə nail olacağıq”.

Yeni baş nazir ölkənin inkişafı məqsədiylə 10 illik yeni proqramm hazırlanacağını da sözlərinə əlavə edib: "Bu ilin sonlarında Britaniya üçün yeni bir plan elan edəcəyəm. Bu 10 illik plan, haradan gəldiyimizdən və hansı siyasi partiyanı dəstəklədiyimizdən asılı olmayaraq, hamımızın inandığı Britaniyaya gedən yolu göstərəcək"

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR