Müğənni Xatirə İslamla ərinin videosi haqqında rəsmi - Açıqlama + VİDEO

Müğənni Xatirə İslamla ərinin videosi haqqında rəsmi - Açıqlama + VİDEO

ŞOU-BİZNES

20.07.2026, 17:17

Sosial şəbəkələrdə müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddin Musazadənin skuteri təhlükəli şəkildə idarə etməsini əks etdirən görüntülər araşdırılıb.

Mia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat  yayıb.

F.Musazadə polis orqanına dəvət olunmaqla barəsində İnzibati Xətalar Məcəlləsinin 338.4-1.8-ci (kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər tərəfindən sərnişin daşınması) maddəsinə uyğun cərimə tətbiq edilməklə profilaktiki söhbətlər aparılıb, yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi diqqətinə çatdırılıb.

DYP kiçik elektrikli nəqliyyat vasitələrindən istifadə edən şəxsləri özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına qoyan hərəkətlərdən çəkinməyə, qanunvericiliyin tələblərinə ciddi riayət etməyə çağırıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR