Özgür Özəl CHP-nin parlamentdəki kürsüsünə son dəfə çıxacaq - Yeni partiya yaradılır

Özgür Özəl CHP-nin parlamentdəki kürsüsünə son dəfə çıxacaq - Yeni partiya yaradılır

SİYASƏT

20.07.2026, 14:27

CHP sədri postundan məhkəmə qərarıyla “vurulan” Özgür Özəl və komandası gələn həftə rəsmən yeni partiyalarını elan edəcəklər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu səbəbdən Özgür Özəl sabah son dəfə CHP-nin parlamentdəki fraksiyasının sədri kimi tribunaya çıxacaq.

Məlumata görə, 27 iyulda isə o, Daxili İşlər Nazirliyinə "Yeni Partiya"nın təsis sənədlərini ərizəylə təqdim edəcək.

Məlumata görə, yeni partiyanın Təsis Komitəsinin üzvləri əsasən parlament üzvlərindən ibarət olacaq: “İlk mərhələdə ən azı 70 parlament üzvünün yeni partiyaya qoşulması gözlənilir. Daha sonra isə 30-dək deputatın da yeni partiyaya keçməsi planlanıb. İddialara görə CHP-nin sədri Kamal Kılıçdaroğlu ana müxalifət partiyası statusunu, həmçinin siyasi gücünü qorumaq üçün partiyadan ayrılmaq istəyən deputatları dilə tutmağa başlayıb…”

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR