Qadın bələdiyyə sədri həbsini gülə-gülə qarşıladı: "Turş heç nə yemədim ki, qarnım ağrısın”

Qadın  bələdiyyə sədri həbsini gülə-gülə qarşıladı: \"Turş heç nə yemədim ki, qarnım ağrısın”

SİYASƏT

20.07.2026, 12:25

Bu gün sübh çağı evində saxlanılan Türkiyənin Kocaelişəhər İzmit rayon Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyət polislər tərəfindən evindən aparılarkən jurnalistlərin sualına qısa cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həbsini rahat və gülə-gülə qarşılayan  Fatma Kaplan Hürriyət günahsız olduğunu xüsusu vurğulayıb: “Vicdanım təmizdir. Turş heç nə yemədim ki, qarnım ağrısın. Hamını çox sevirəm. Görüşənədək".

Xatırladaq ki, İzmit Bələdiyyə sədri Fatma Kaplan Hürriyət İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.

O və əri – Murat Hürrüyət, həmçinin CHP-nin İzmit təşkilatının sədri Gökhan Ercan da daxil olmaqla 31 nəfər "cinayətkar təşkilat yaratmaq", "rüşvət" və "tender saxtakarlığı" və sair məsələlərdə ittiham olunurlar.

Onu da xatırladaq ki, Fatma Kaplan Hürriyet 20 avqust 1982-ci ildə Kocaelidə anadan olub. İbtidai və orta təhsilini Kocaelidə başa vurub və Kocaeli Universitetinin Kommunikasiya Fakültəsinin Jurnalistika şöbəsini bitirib.  Siyasi karyerasına Cümhuriyyət Xalq Partiyasında (CHP) başlayan Hürriyet 2015-ci il ümumi seçkilərində CHP-dən Kocaeli millət vəkili seçilib.

31 mart 2019-cu il yerli seçkilərində CHP-nin namizədi olaraq İzmit şəhərinin bələdiyyə sədri seçilən Hürriyət 2024-cü il seçkilərində yenidən qalib gəlib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR