Təyyarələr, nəhəng PUA-lar və yeni nəsil raketləri… - İran daha iki ölkədə Amerika hərbi bazasına zərbə endirib  

Təyyarələr, nəhəng PUA-lar və yeni nəsil raketləri… - İran daha iki ölkədə Amerika hərbi bazasına zərbə endirib  

GÜNDƏM

20.07.2026, 11:47

İran ABŞ-ın hücumuna cavab olaraq, adıçəkilən ölkənin bölgədəki hərbi bazalarına yeni nəsil raketləri və dronları ilə əks zərbələr endirməyə davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda deyilir ki, İordaniya və Küveytdəki ABŞ hərbi bazalarına yeni nəsil raket və PUA-larla növbəti əks hücumla  sərt zərbələr vurublar: “İordaniyanın Əl-Əzraq bölgəsində ABŞ əsgərlərinin yerləşdiyi 20 anqar raketlərlə məhv edilib. Şübhəsiz ki, burada çoxlu ABŞ əsgərləri həyatları ilə vidalaşıb. Bundan başqa, İrana qarşı hücumda istifadə olunan İordaniyadakı Əqəbə Hava Limanına raket zərbəsi endirilib. Orada olan ABŞ-a məxsus C-17 hərbi nəqliyyat təyyarələri, P-8 komanda və idarəetmə mərkəzləri böyük zərər görüblər.

Həmçinin Küveytdəki Əli əl-Salem bazasına hədəfə dəqiq kilidlənən dronlarla hücum etdik. Burada ABŞ ordusuna məxsus erkən xəbərdarlıq radar sistemi tərəfimizdən tamamilə məhv olundu, eyni zamanda, hava avadanlığı və ehtiyat hissələrinin yerləşdiyi anqar, o cümlədən MQ-9 tipli PUA-ların yerləşdirildiyi daha bir anqar vurulub. Nəticədə çoxsaylı MQ-9 PUA-ları istifadəyə yararsız hala düşüb”.

Tahir

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR