"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj

\"Siz həqiqətən də Sülh İnsanısınız\" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj

GÜNDƏM

Bugün, 18:37

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Mia.az xəbər verir ki,  bununla bağlı Prezident sosial media hesablarında Trampı tağ edərək, aşağıdakkı mesajı verib.

Paylaşımda deyilir:

"Cənab Prezident,

Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və "Breitbart" nəşrinə istinadən Sizi "Sülh İnsanı" kimi xarakterizə etdiyim fikirlərimi paylaşdığınıza görə Sizə təşəkkür edirəm.

Tarixi Vaşinqton Sammitinin birinci ildönümünə bir aydan az vaxt qaldığı bir dövrdə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün bərqərar olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı ifadə etmək istərdim.

Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha yaxınlaşmasına tarixi töhfə verib.

Siz həqiqətən də Sülh İnsanısınız".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR