Xəzərdə batan qızın axtarışı davam edir

Xəzərdə batan qızın axtarışı davam edir

CƏMİYYƏT

10.07.2026, 21:13

İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizin nəzarətsiz hissəsində batan 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Aviasiya Dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidməti, həmçinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Xatırladaq ki, iyulun 6-da Mərdəkan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 km aralıda nəzarətsiz dəniz sahəsində 4 nəfər batıb.

Operativ tədbirlər nəticəsində 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib. Axtarışlar zamanı 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının tapılması istiqamətində axtarışlar davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR