QUMAR OYUNLARI: qanunu pozanlar üçün cəzalar müəyyənləşdi
GÜNDƏM
Bugün, 11:33
Milli Məclis Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilməsini son oxunuşda qəbul edib.
Mia.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin növədənkənar sessiyasının bugünkü iclasında müzakirə olunub.
Sənədə əsasən, qumar oyunları:
- virtual formada, cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;
- yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə;
- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
- xeyli miqdarda gəlir əldə etməklə törədildikdə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Həmçinin mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda gəlir əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan sanksiyaya görə cərimənin məbləği konkret aralıqda (10 min manatdan 15 min manatadək) nəzərdə tutulduğu halda, layihəyə əsasən cərimə cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda müəyyən ediləcək.
Həmçinin, dəyişikliklə qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama əməlinin təkrar törədildiyi, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildiyi, xeyli, külli, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildiyi və s. hallar üçün də cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.
Belə ki, mövcud qanunvericiliyə görə qeyd olunan əməllər təkrar törədildikdə 4 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihədə isə təklif olunur ki, bu müddət müvafiq olaraq 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yunanıstanın Baş nazirinə “Mehtər marşı" sürprizi... - TƏHLİL
Bugün, 12:26 SİYASƏT
-
Deputat: "Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir?
Bugün, 12:20 CƏMİYYƏT
-
Bəhruz Nəzərov TV rəhbəri təyin edildi
Bugün, 12:15 PRESS
-
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi... - Dövlət rüsumları müəyyənləşib
Bugün, 12:06 CƏMİYYƏT
-
Azərbaycanın xarici dövlət borcu azaldı
Bugün, 11:57 İQTİSADİYYAT
-
Saytların fəaliyyəti hansı hallarda məhdudlaşdırılacaq? - SİYAHI
Bugün, 11:39 PRESS
-
Gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilir - YENİ QANUN
Bugün, 11:37 İQTİSADİYYAT
-
Avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı... - Yeni qanun qəbul edildi
Bugün, 11:35 GÜNDƏM
-
QUMAR OYUNLARI: qanunu pozanlar üçün cəzalar müəyyənləşdi
Bugün, 11:33 GÜNDƏM
-
Parlament daha bir neçə sahədə dəyişikliyi qəbul etdi
Bugün, 11:29 İQTİSADİYYAT
-
Hesablama Palatasına əlavə səlahiyyətlər verildi - Deputatlar "hə" dedi
Bugün, 11:20 İQTİSADİYYAT
-
İsrail İrandan onu müdafiə edən ölkənin suyunu kəsir - Saziş yeniləməyəcək
Bugün, 11:12 DÜNYA
-
Azərbaycan daha bir Beynəlxalq Konvensiyaya qoşulur
Bugün, 11:10 GÜNDƏM
-
Deputatlar toplandı: 22 məsələ müzakirəyə çıxarıldı - SİYAHI
Bugün, 11:02 GÜNDƏM
-
Gəncədə 16 yaşlı uşaq bıçaqlanıb
Bugün, 10:51 GÜNDƏM
-
Türkiyə S-400-ləri satıb? – Ərdoğanın "Bizi izləməyə davam edin!" mesajının sirri açılır
Bugün, 10:22 GÜNDƏM
-
Prezident İlham Əliyev Selcuk Bayraktarı qəbul edib - "Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun"
Bugün, 10:16 GÜNDƏM
-
Zakir Həsənov Selçuk Bayraktarla bir arada - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 10:07 SİYASƏT
-
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bugün, 09:57 PRESS
-
İstanbulda kriminal dəstə zərərsizləşdirilib - 18 nəfər saxlanılıb
Bugün, 09:38 KRİMİNAL
-
Azərbaycan nefti 79 dollara düşüb
Bugün, 09:19 İQTİSADİYYAT
-
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Bugün, 09:17 GÜNDƏM
-
CHP-nin İstanbul təşkilatında gecəyarısı qalmaqal – Polis İmamoğlunun pankartını sökdü
Bugün, 08:53 GÜNDƏM
-
DÇ-2026: qaçan penalti, 6 dəqiqədə iki qol - Fransa Mərakeş yığmasını "aşırdı"
Bugün, 08:46 İDMAN
-
“Fənərbağça”nın transfer cəhdi “daşa dəydi” – Qolçu İstanbula gəlmək istəmədi
Bugün, 00:14 İDMAN
-
ABŞ İranın daha bir bölgəsini vurub – 3 hərbçi həlak olub
Bugün, 00:09 GÜNDƏM
-
SEPAH Amerika hava bazalarına raket zərbələri endirib
Bugün, 00:05 GÜNDƏM
-
Yunanıstanda F-16 qırıcı yanıb - FOTO
Bugün, 00:02 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
ABŞ İrana yenə zərbələr endirir – 3 şəhərdə partlayışlar var
09.07.2026, 22:39 GÜNDƏM
-
Avropa Liqası: "Qarabağ" İslandiya komandasına qalib gəlib (Yenilənib)
09.07.2026, 21:52 İDMAN
-
Səlcuq Bayraktar Bakıda - Vüqar Mustafayevlə görüş olub
09.07.2026, 19:40 SİYASƏT
-
Çində bu bölgəni kobra ilanları basıb – Əhali təşvişdədir
09.07.2026, 19:10 DÜNYA
-
"Qazdan istifadə Qaydaları" təsdiqləndi
09.07.2026, 18:19 İQTİSADİYYAT