Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
GÜNDƏM
10.07.2026, 09:17
Azərbaycan–Rusiya Birgə Komissiyası Samur transsərhəd çayının su ehtiyatlarının idarə olunması və bölüşdürülməsi ilə bağlı yekun protokol imzalayıb.
Mia.az xəbər verir ki, iki ölkə arasında "Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə uyğun olaraq yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının 29-cu iclası iyulun 9-da Qusar rayonunda keçirilib.
İclas Azərbaycan–Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun həmsədrliyi ilə baş tutub.
Görüşdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA-nın aidiyyəti qurumlarının, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, həmçinin Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
İclas zamanı Samur transsərhəd çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, su ehtiyatlarının monitorinqi, Samur Hidroqovşağının birgə istismarı, eləcə də qarşılıqlı əməkdaşlığın digər aktual istiqamətləri müzakirə olunub. Görüşün yekununda görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Gecə yarısı qadınlar tərəfindən döyülən deputata cinayət işi açıldı - Partiyadan da qovulur
Bugün, 11:52 SİYASƏT
-
ABŞ-da eyni gündə üç ölüm hökmü icra edilib - Son 16 ildə ilk dəfə...
Bugün, 11:49 DÜNYA
-
Kamran Əliyev Çin səfiri ilə görüşdü - Nələr müzakirə olunub?
Bugün, 11:46 SİYASƏT
-
Kamran Əsədov məhkəmədə: "Onlara qarşı tədbir görün"
Bugün, 11:26 CƏMİYYƏT
-
Kəmaləddin Heydərovun bəstələdiyi mahnılar... - Onları kim oxuyub? + VİDEOLAR
Bugün, 11:18 MƏDƏNİYYƏT
-
Rusiya ordusu Ukraynanın iri şəhərlərini bombaladı: ölən və yaralananlar var
Bugün, 10:58 GÜNDƏM
-
Kəlbəcərdə mina partladı: 73 yaşlı kişi yaralandı (Yenilənib)
Bugün, 10:46 GÜNDƏM
-
Kolleclərə qəbulun nəticələri elan olunub
Bugün, 10:45 GÜNDƏM
-
“Global Media”nın əməkdaşı vəfat edib
Bugün, 10:37 PRESS
-
Mübariz Tağıyevdən “Yeni ulduz”un bərpa iddiasına reaksiya:: "SMS ilə müğənni seçmək bir az çətin məsələdir" - Onlara ürəyim ağrıyırdı”
Bugün, 10:24 MƏDƏNİYYƏT
-
Bu rayonlarda yağış yağır - SİYAHI
Bugün, 10:14 GÜNDƏM
-
İstefa verən deputat iqtidar partiyasına üzv olur: "Bəli, AKP-yə qatılacam"
Bugün, 10:05 GÜNDƏM
-
Rəsmi Bakı: "Pakistan, Müstəqillik Günün mübarək!"
Bugün, 09:59 SİYASƏT
-
Azərbaycan nefti ucuzlaşdı - 1.5 dollar
Bugün, 09:42 İQTİSADİYYAT
-
Enes Ünal "Xetafe"yə qayıtdı
Bugün, 09:28 İDMAN
-
Xankəndi şəhərinə daha 102 nəfər köçürülüb
Bugün, 09:17 GÜNDƏM
-
İrfan Can Eğribayat "Gənclərbirliyi"nə transfer oldu
Bugün, 09:12 İDMAN
-
"Beşiktaş" Duşan Vlahoviçlə 3 illik müqavilə imzaladı
Bugün, 09:01 İDMAN
-
Mənsur Yavaş İYİ Partiyaya keçir? - AÇIQLAMALAR
Bugün, 00:17 SİYASƏT
-
"Trabzonspor"un Avroliqadakı rəqibi müəyyənləşib
Bugün, 00:09 İDMAN
-
SEPAH: "Hörmüz boğazı tam nəzarətimizdədir"
Bugün, 00:04 DÜNYA
-
Daha bir müxalif deputat partiyasından istefa verdi - Türkiyədə
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Avropa Liqası: "Beşiktaş" pley-off mərhələsinə yüksəldi
13.08.2026, 23:23 İDMAN
-
Konfrans Liqası: "Qarabağ" Kiyev komandasına qalib gəldi - (Yenilənib)
13.08.2026, 22:02 İDMAN
-
XİN: "Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir"
13.08.2026, 21:58 GÜNDƏM
-
Biləsuvarda 44 yaşlı şəxs öldürülüb
13.08.2026, 21:01 KRİMİNAL
-
Süleymançılar təriqəti: onlar kimdir, hansı şirkətlərlə bağları var? - SİYAHI + FOTO
13.08.2026, 19:09 SİYASƏT
-
Türkiyəli iki kriminal lider tutuldu - Gürcüstanda + FOTO
13.08.2026, 18:53 KRİMİNAL
-
İspaniya Super Kuboku oyunları İstanbulda keçiriləcək - Bu tarixdə
13.08.2026, 18:24 İDMAN
-
TÜRKİYƏDƏ DEPUTATI SƏHƏRƏ YAXIN EVDƏ DÖYÜB VİDEO ÇƏKDİLƏR: qrup seksi iddiası və... - FOTOLAR
13.08.2026, 18:07 SİYASƏT
-
Ərdoğanın partiyası 8, Özgür Özəlin partiyası 2 böyük şəhərdə önə çıxır, CHP isə... - TÜRKİYƏNİN ƏN GÜCLÜ SİYASİ TƏŞKİLATLARI (SORĞU)
13.08.2026, 17:53 SİYASƏT
-
Ərdoğan DEM Partiya rəhbərliyini qəbul etdi - 5 əsas müzakirə
13.08.2026, 17:45 SİYASƏT
-
Hakan Fidan Liviyada: üsyançı general Xəlifə Haftarla görüş və... - TƏHLİL
13.08.2026, 17:27 SİYASƏT