Azərbaycan və İordaniya XİN başçıları Bakıda görüşüblər
SİYASƏT
Bugün, 11:56
Xarici işlər naziri Ceyhun Bayramovla Bakıda İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında geniştərkibli görüş keçirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüş zamanı Azərbaycan-İordaniya münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələri üzrə mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər ikitərəfli hüquqi bazanın genişləndirilməsinin, həmçinin əməkdaşlığın daha sistemli inkişafı üçün Azərbaycan–İordaniya Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının imkanlarından daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində nazirlər Azərbaycanla İordaniya Haşimilər Krallığı arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbindən qarşılıqlı azadolma haqqında Sazişi, eləcə də Azərbaycan Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalayıblar.
Nazirlər həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlığı nəzərdən keçirərək, qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluqlarını ifadə ediblər.
Regional məsələlərə dair müzakirələr zamanı tərəflər Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini nəzərdən keçiriblər. Nazirlər hazırkı böhranın yalnız siyasi və diplomatik vasitələrlə həll oluna biləcəyini vurğulayıblar, davam edən dialoq və danışıqlar prosesinə dəstəklərini ifadə ediblər.
Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi, o cümlədən ötən ilin avqustunda Vaşinqton Sammitində əldə olunmuş tarixi razılaşmalar və sülh prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.
Nazirlər həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, eləcə də mina təhlükəsinin yaratdığı problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İyunun “Ulduz”u çapdan çıxdı
Bugün, 13:11 PRESS
-
İrandan Azərbaycana 78 kiloqram narkotik keçirmək istəyiblər
Bugün, 13:02 KRİMİNAL
-
Sabirabad sakini 10 kiloqram narkotiklə saxlanılıb
Bugün, 13:02 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:41 GÜNDƏM
-
NATO SAMMİTİNDƏ DAHA BİR GƏRGİNLK: “Məni Trampdan uzaq tut” – Baş nazir Ərdoğandan şəxsən xahiş edib
Bugün, 12:25 GÜNDƏM
-
TRAMP ANKARADA: “İranla danışıqlar bitdi, İspaniya ilə ticarət əlaqəsi belə istəmirəm, NATO-dan isə…"
Bugün, 12:12 GÜNDƏM
-
Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlanıb
Bugün, 12:08 GÜNDƏM
-
"Fənərbağça" yeni hücumçu ilə anlaşdı – İllik 9 milyon avro maaş veriləcək
Bugün, 12:04 İDMAN
-
Azərbaycan və İordaniya XİN başçıları Bakıda görüşüblər
Bugün, 11:56 SİYASƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Hansı məsələlər üzrə qərar qəbul edilib? (FOTOLAR)
Bugün, 11:43 CƏMİYYƏT
-
Yunanıstan Baş naziri Trampın mesajına şərh verməyib
Bugün, 11:38 SİYASƏT
-
Kino Agentliyi” Ayaz salayevlə psixoloqla müqavilə imzalayıb
Bugün, 11:30 MƏDƏNİYYƏT
-
Nazir onu yüksək vəzifəyə təyin etdi - ƏƏSMN-də növbəti dəyişiklik
Bugün, 11:18 CƏMİYYƏT
-
Zaqatalada Talaçaydan sel olub - FOTO
Bugün, 11:03 CƏMİYYƏT
-
İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 10:53 GÜNDƏM
-
Makron Ankarada da ənənəvi rutini pozmadı – Fransa prezidenti küçədə səhər qaçışında + FOTOLAR
Bugün, 10:36 GÜNDƏM
-
Deputatdan Sərdar Cəlaloğlunun spiker və universitet haqqındakı qalmaqallı ittihamlarına reaksiya: "Guya Rusiyanın adamları olması..."
Bugün, 10:15 SİYASƏT
-
Misirin Baş məşqçisindən skandal bəyanat: “Messinin məğlub edilməsini istəmirlər, DÇ-ni bazara çeviriblər”
Bugün, 10:00 İDMAN
-
Çempionlar liqası: “Sabah” ilk oyunda qalib gəldi - Baş məşqçilərdən oyundan sonra açıqlama verdi
Bugün, 09:53 İDMAN
-
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib
Bugün, 09:48 İQTİSADİYYAT
-
Vüqar Rəhimzadə: "Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur"
Bugün, 09:43 SİYASƏT
-
Azərbaycan nefti daha 2 dollar bahalaşdı
Bugün, 09:32 İQTİSADİYYAT
-
NATO-nun Baş katibi: “Rusiya uzunmüddətli təhdiddir, bölgəmizi qoruyacağıq”
Bugün, 09:32 GÜNDƏM
-
Xəzərdə boğulan şəxsin meyiti tapıldı
Bugün, 09:19 CƏMİYYƏT
-
ABŞ-İRAN ARASINDA GƏRGİNLİK ARTDI: “Təzyiqlə güzəşt əld olunma dövrü bitdi" – Rəsmi Tehran danışıqları dayandırır?
Bugün, 09:07 GÜNDƏM
-
İran ABŞ-ın hücumuna cavab verib: “İki ölkədə 85 hədəfi vurduq, əgər yenə hücum olarsa...” – Müharibə başlayır?
Bugün, 09:05 GÜNDƏM
-
Tramp Ankaradan əmr verdi - ABŞ gecəylə İrana zərbələr endirdi
Bugün, 08:56 GÜNDƏM
-
Bakının iki rayonunda və Mingəçevirin bəzi ərazilərində bu gün işıq olmayacaq - Xəbərdarlıq
Bugün, 08:51 GÜNDƏM
-
QARABAĞ BÖLGƏSİNƏ NÖVBƏTİ KÖÇ OLDU
Bugün, 08:47 GÜNDƏM
-
DÇ-2026: 1/4 finalın bütün rəqibləri bəlli oldu
Bugün, 08:45 İDMAN
-
DÇ-2026: İsveçrə yığması Kolumbiyanı penaltilərlə məğlub elədi
Bugün, 08:42 İDMAN
-
Rəsmi görüşdə tarixi an: Əminə Ərdoğan Makrona əlini öpməyə qoymadı – VİDEO
Bugün, 00:33 GÜNDƏM
-
Tramp İran neftinə müvəqqəti icazəni ləğv etdi
Bugün, 00:32 İQTİSADİYYAT
-
Yunanıstan baş naziri Ankarada elə marşla qarşılandı ki… - VİDEO
Bugün, 00:24 SİYASƏT