Tramp Ankaradan əmr verdi - ABŞ gecəylə İrana zərbələr endirdi  

Tramp Ankaradan əmr verdi - ABŞ gecəylə İrana zərbələr endirdi  

GÜNDƏM

Bugün, 08:56

Bu gün gecəyarısı ABŞ prezidenti Donald Trampın Ankaradan verdiyi əmrlə Amerika Mərkəzi Komandanlığı İrana hücum başladıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Mərkəzi Ordu Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Qeyd edilib ki, İranın ötən gün ticarət və neft tankerlərini vurmasına cavab olaraq Sirik və Bəndər Abbas bölgələrində hərbi hədəflər məhv edilib: "Bu hücumları Hörmüz boğazından keçən üç ticarət gəmisinə İranın hücumlarına cavabdır. İranın təcavüzü ədalətsiz, təhlükəli və atəşkəsin açıq şəkildə pozulması idi. Əməliyyatla boğazda İran İnqilab Keşikçiləri Korpusuna məxsus 60-dan çox kiçik qayıq da daxil olmaqla 80-dən çox hədəf vurulub”

CENTCOM-dan bildirilib ki, vurulan hədəflərin arasnda raket buraxılış məntəqələri, hava hücumundan müdafiə sistemləri və komandanlıq mərkəzləri də var.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR