TAHİR BUDAQOV YAP İDARƏ HEYƏTİNİ TOPLADI: 5 təşkilat sədri yola salındı, 6 rayon təşkilatına yeni sədr gətirildi
SİYASƏT
06.07.2026, 19:53
İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə YAP məlumat yayıb.
Bildirilib ki, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Mikayıl oğlu Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Təmo oğlu Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəli oğlu Vəliyevin, Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Müslüm oğlu Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David Nurəddin oğlu İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini təqdim edib.
Daha sonra İlqar Süleyman oğlu İlyasovun partiyanın Qaradağ, Vüsalə Abazər qızı Əliyevanın Sədərək, Nicat Zaur oğlu Ələkbərovun Şahbuz, Zamir Sadəddin oğlu Güvəndiyevin Şəmkir, Emil Nəcəf oğlu Tağıyevin Xaçmaz və Kamran Miran oğlu Əmirovun Qusar rayon təşkilatına sədr təyin edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Azər Badamov çıxış edərək namizədliyi irəli sürülən şəxslərin bu vəzifəyə layiq olduqlarını bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.
Yeni təyin olunmuş şəxslər göstərilən etimada görə partiyanın Sədri, ölkə başçısı İlham Əliyevə dərin təşəkkürlərini ifadə edərək öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün çalışacaqlarını bildiriblər.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hacıqabulda sərnişin avtobusu aşıb - 21 nəfər xəsarət alıb (FOTO)
Bugün, 10:21 CƏMİYYƏT
-
ABŞ İranı yenə bombaladı - Tehrandan cavab gecikmədi
Bugün, 09:43 GÜNDƏM
-
DÇ-2026: 1/2 finalın cütləri bəlli oldu
Bugün, 09:11 İDMAN
-
Bu gün qəbul imtahanları keçirilir
Bugün, 08:54 GÜNDƏM
-
DÇ-2026: İngiltərə və Argentina 1/2 finalda!
Bugün, 08:25 İDMAN
-
Hacı Kərimov Avropa çempionu olub
Bugün, 00:07 İDMAN
-
"Burada iş şəraiti gözəldir, yaşamaq üçün gözəl şərait var" - Prezident Xocavənddə + FOTOLAR
11.07.2026, 19:46 GÜNDƏM
-
Jurnalist “Azərsun Holdinq”də vəzifəyə təyin edildi
11.07.2026, 18:56 PRESS
-
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb - FOTOLAR (YENİLƏNİB)
11.07.2026, 18:35 GÜNDƏM
-
"Xankəndi" hotelinin açılışı oldu -FOTOLAR
11.07.2026, 18:02 İQTİSADİYYAT
-
Növbəti üç gündə güclü külək əsəcək - Xəbərdarlıq
11.07.2026, 18:01 CƏMİYYƏT
-
İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub - FOTOLAR
11.07.2026, 16:03 GÜNDƏM
-
RƏSMİ BAKININ SÜRƏTLİ MÜDAXİLƏSİ: İsrail qondarma erməni soyqırımı oyunundan niyə geri çəkildi? - TƏHLİL
11.07.2026, 14:36 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
11.07.2026, 12:34 GÜNDƏM
-
Prezident Laçında Hoçaz çayının üzərindəki su elektrik stansiyalarının açılışında - FOTOLAR
11.07.2026, 11:09 GÜNDƏM
-
Prezident İlham Əliyev Laçında - "Həkəriçay" su anbarının təməli qoyuldu + FOTOLAR
11.07.2026, 11:00 GÜNDƏM
-
Zakir Həsənov Türkiyədə Ərdoğanla bir arada - FOTOLAR
11.07.2026, 10:31 SİYASƏT
-
Monteneqroda törədilmiş ağır cinayət... - Azərbaycanda DNT tədqiqatı aparılıb
11.07.2026, 10:02 KRİMİNAL
-
DÇ-2026: İspaniya Belçikanı 2 qolla məğlub etdi
11.07.2026, 08:54 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11.07.2026, 00:03 CƏMİYYƏT
-
ŞKTR prezidenti xəstəxanaya yerləşdirildi - Rəsmi tədbirdə qəfildən halı pisləşib
10.07.2026, 23:26 GÜNDƏM
-
Xəzərdə batan qızın axtarışı davam edir
10.07.2026, 21:13 CƏMİYYƏT
-
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTOLAR
10.07.2026, 20:36 GÜNDƏM
-
Donald Tramp: “İrana çox aydın şəkildə “atəşkəs bitdi” dedik”
10.07.2026, 19:53 GÜNDƏM
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Bakıda ermənilərin məhkəməsi davam edir
10.07.2026, 19:32 GÜNDƏM
-
12 milyon manatlıq qalmaqal - Kəmaləddin Heydərovun oğlu məhkəmədə ifadə verdi
10.07.2026, 19:19 SİYASƏT
-
Milli Məclisin növbəti iclası bu tarixdə keçiriləcək (YENİLƏNİB)
10.07.2026, 18:58 SİYASƏT
-
Dəfn mərasimində bunu da gördük – Məzar açıldı, rəqqas meyitlə rəqs elədi (FOTO)
10.07.2026, 18:44 DÜNYA
-
Cinsi təcavüz, narkotik... - Türkiyədə məşhur aparıcını 266 il həbs gözləyir
10.07.2026, 18:31 PRESS
-
“FİFA MESSİNİ FİNALA GƏTİRMƏK ÜÇÜN HƏR ŞEYİ EDİR” – Mbappe də dilə gəldi
10.07.2026, 18:14 İDMAN
-
Özgür Özəl bu tarixdə partiyasını elan edir - "Yeni təşkilata azı 100 deputat qatılacaq”
10.07.2026, 18:08 SİYASƏT
-
Əli Əsədov "Ərzaq təminatı xəritəsi" barədə qərar imzalayıb
10.07.2026, 18:00 İQTİSADİYYAT
-
Rayonlarda intensiv yağış yağacaq - Xəbərdarlıq
10.07.2026, 17:57 GÜNDƏM
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olunub?
10.07.2026, 17:47 İQTİSADİYYAT