Çempionlar liqası: “Sabah” ilk oyunda qalib gəldi - Baş məşqçilərdən oyundan sonra açıqlama verdi
İDMAN
08.07.2026, 09:53
UEFA Çempionlar liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün “Sabah” Uelsin “TNS” komandası ilə qarşılaşaraq qonaqları iki qol ilə məğlub edib.
Mia.az xəbər verir ki, oyunun hər iki hissəsində rəqibdən açıq-aşkar üstün olan Masazır təmsilçisi bir neçə real qol epizodunu başa çatdıra bilməyib.
Bundan başqa 90+4 dəqiqədə “Sabah”ın müdafiəçisi Stiv Solve qırmızı vərəqə alaraq meydanı tərk edib. Lakin oyunun sonu olduğu üçün bu vəziyyət “Sabah”ın qələbəsinə təsirsiz ötüşür.
Oyundan sonra keçirilən mətbuat konfransında “TNS”in baş məşqçisi Kreyq Harrison bildirib ki, uzun yolun yorğunluğu məğlubiyyətdə rol oynayıb.
Mia.az-ın əməkdaşının sualına cavabında o, fikrini bir az da dəqiqləşdirərək deyib ki, “Sabah”ın qələbəsinə kölgə salmaq istəmir, çünki ev sahibləri vicdanla döyüşüb: “Mən deməzdim ki, məğlubiyyətin əsas səbəbi yol yorğunluğu idi, amma bu məqam da az rol oynamadı. Bizim tam 2 günümüz Bakıya gəlməyə sərf olundu. Amma bununla belə, deməliyəm ki, “Sabah” var gücüylə döyüşdü, həm də onların heyətində güclü oyunçular və baş məşqçi var. Ümid edirəm ki, ev oyununda həm futbolçular, həm də azarkeşlərimizlə bilrikdə bu məğlubiyyətin əvəzini çıxaracağıq. Birinci hissədə “Sabah” bizim oyunçuları çox yordu. Buna görə ikinci hissə bizdə çox zəif keçdi və 2 qol buraxdıq”.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas isə çıxışına jurnalistləri yüngülvari məzəmmətlə başladı. Baş məşqçi oyuna və mətbuat konfransına jurnalistlərin böyük marağı və iştirakçılığa işarəylə dedi ki, Premyer Liqa oyunlarına, o cümlədən, “Şamaxı”, “Qəbələ”, “Kəpəz”lə oyunlara da eynilə bu formatda iştirakçılıq arzulayır.
Baş məşqçi mia.az-ın əməkdaşının suallarına cavabında bildirdi ki, o, oyunu analiz edib və boşluqların aradan qaldırılmasına çalışacaqlar. Xüsusilə qol epizodlarının başa çatdırılmaması problemdi: “Əlbəttə, belə sıx müdafiə olunan komandalara qarşı oynamaq çox çətindi və heç kim düşünməsin ki, birinci hissədən artıq qol vurmaq mümkün ola bilər. Əksinə, belə oyunların qaydası odu ki, topa daha çox sahib olmalısan, pressinq etməlisən və bütün bunlar təbii ki, rəqibi də mental olaraq yorur. Mən bilirdim ki, biz bu şəkildə davam etsək, onlar qolsuz bərabərliyi qorumağa çalışsalar da, mütləq ikinci hissədə biz qol vura biləcəyik. Qarşıda gərgin oyun var, biz Uelsdə süni meydançada oynayacağıq, şübhəsiz ki, rəqib də bizi yaxşı analiz edəcək, görək, səfərdə nə olacaq”.
V.Dambrauskas S.Solvenin qırmızı vərəqə alması və şikayət edildiyi təqdirdə həmin cəzanın ləğvinin mümkünlüyünə dair suala cavab verərkən bildirib ki, yaxşı ki, Azərbaycanın rəhbəri Donald Tramp yox, İlham Əliyevdi: “Azərbaycanda futbol qaydalarına əməl edilir və heç bir qərara müdaxilə yoxdu. Mənim fikrimcə, bu, çox yaxşı haldı və hər bir lider öz işiylə məşğul olmalıdı”.
Xatırladaq ki, ABŞ prezidenti D.Tramp ötən gün FİFA rəhbəri Canni İnfantiniyə zəng edərək ABŞ komandasının oyunçusu Folarino Balaquna təyin edilən qırmızı vərəqənin ləğvini xahiş edib.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: dünyanın nəhəng yığması bəlli oldu - Bir qırmızı kart və qolla... (YENİLƏNİB)
Bugün, 01:59 İDMAN
-
Tadiç 3 il sonra yenidən Niderland liqasına geri döndü
Bugün, 01:32 İDMAN
-
Məşhur jurnalist aylıq qazançını açıqladı: "Ayrıca evim və maşınım yoxdur"
Bugün, 00:51 PRESS
-
Türk klubundan bir ilk: 200 minə aldı, 6.5 milyon avroya satdı
Bugün, 00:25 İDMAN
-
İran Küveytin mülki obyektlərini yenə vurub - İşıq və su problemi yaranıb
Bugün, 00:25 GÜNDƏM
-
İrandan ABŞ bazalarına hücum: 3 hərbçi həlak olub
Bugün, 00:18 DÜNYA
-
Peruda zəlzələ: 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb
Bugün, 00:10 DÜNYA
-
Məşhur yutuber parik taxırmış
Bugün, 00:04 PRESS
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
Ayaz Salayev "Retro"dan niyə ayrılıb? - AÇIQLAMA
19.07.2026, 18:35 MƏDƏNİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
19.07.2026, 12:15 CƏMİYYƏT
-
Ağdamda minalanmış ərazidə yanğın olub
19.07.2026, 12:09 GÜNDƏM
-
"İndiki dövrdə heç kimin çörəksiz qalmasını arzulamaram, lakin..." - Naxçıvan Ali Məclis sədrinin keçmiş birinci müavini elə şeylər yazdı ki...
19.07.2026, 12:05 SİYASƏT
-
Cenk Sümer: "Yuri Vernidubun bizdən xüsusi istəkləri olmadı"
19.07.2026, 11:39 İDMAN
-
Xocavəndin minalanmış ərazisində yanğın başlayıb
19.07.2026, 09:30 GÜNDƏM
-
DÇ-2026: 10 qollu matç və ingilislərin qələbəsi...
19.07.2026, 08:32 GÜNDƏM
-
XİN: Səməd Nəsrullayevin cənazəsi Azərbaycana yola salınıb
18.07.2026, 18:06 GÜNDƏM
-
İran Küveytin neft, enerji və su infrastrukturuna ağır zərbələr endirib (Yenilənib)
18.07.2026, 15:47 DÜNYA
-
Finlandiyada “Arşın mal alan” operettası uşaqların ifasında nümayiş etdirilib - FOTOLAR
18.07.2026, 14:19 MƏDƏNİYYƏT
-
Güclü külək əsəcək - Xəbərdarlıq
18.07.2026, 14:01 GÜNDƏM
-
Anar Ələkbərov, Leyla Əliyeva və rəsmilər Macarıstanda - FOTOLAR
18.07.2026, 13:04 MƏDƏNİYYƏT
-
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
18.07.2026, 10:53 CƏMİYYƏT
-
ABŞ-ın Bəhreyndəki mühüm hərbi obyektləri vurulub
18.07.2026, 10:36 GÜNDƏM
-
Azərbaycan neftinin qioyməti 91 dolları ötüb
18.07.2026, 10:09 İQTİSADİYYAT
-
İran Səudiyyə Ərəbistanı və Küveytə zərbə endirib
18.07.2026, 08:33 GÜNDƏM
-
ABŞ və İran orduları bir-birlərinə zərbələr endirir
18.07.2026, 00:06 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
18.07.2026, 00:03 CƏMİYYƏT
-
Mikayıl Cabbarov Özbəkistanda - Şavkat Mirziyoyevlə fikir mübadiləsi aparılıb
17.07.2026, 21:10 İQTİSADİYYAT
-
Şirkətlər 256 milyon manatı "Bank Respublika"dan geri çəkib
17.07.2026, 19:50 İQTİSADİYYAT
-
İstanbulda ictimai nəqliyyatda gedişhaqları qalxdı – Yeni qiymətlər
17.07.2026, 18:55 İQTİSADİYYAT
-
Seda Sayandan qadınlara məsləhət: “Ərinizin subay dostunu evə soxmayın”
17.07.2026, 18:25 ŞOU-BİZNES
-
KTN: III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib
17.07.2026, 18:07 İQTİSADİYYAT
-
Azərbaycan Premyer liqası: komandalar yeni mövsümə necə hazırlaşır?
17.07.2026, 17:59 İDMAN
-
Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistan birgə hərbi təlim keçirəcək
17.07.2026, 17:50 GÜNDƏM