Ərdoğan liderlərin şərəfinə nahar verdi, Trampla… - FOTOLAR

Ərdoğan liderlərin şərəfinə nahar verdi, Trampla… - FOTOLAR  

GÜNDƏM

Bugün, 00:06

Ankaranın ev sahibliyi etdiyi 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Türkiyə prezidenti Ərdoğan Prezident Kompleksində ali qonaqların şərəfinə nahar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qonaqları qapıda qarşılayan Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan rəsmi şam yeməyindən əvvəl ABŞ Prezidenti Donald Trampı şəxsən qarşılayıblar.

Osmanlı hərbi orkestrinin marşları ilə qarşılanan Tramp bundan məmnunluğunu gizlətməyib. O, Ərdoğan və Əminə Ərdoğanla bir neçə dəqiqə səmimi söhbət edib.

Daha sonra ali qonaqlarla rəsmi foto çəkilib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR