İran ABŞ-ın hücumuna caab verib: “İki ölkədə 85 hədəfi vurduq, əgər yenə hücum olarsa...” – Müharibə başlayır?

İran ABŞ-ın hücumuna caab verib: “İki ölkədə 85 hədəfi vurduq, əgər yenə hücum olarsa...” – Müharibə başlayır?  

GÜNDƏM

Bugün, 09:05

Ötən gecə gecəyarısı ABŞ prezidenti Donald Trampın əmriylə Amerika Mərkəzi Komandanlığı İrana hücumuna dərhal cavab verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bildirilib ki, ABŞ-ın atəşkəsi pozmasına cavab olaraq Bəhreyn və Küveytdəki 85 Amerika hərbi bazasına raket və dronlarla zərbələr endirilib: “Küveytdəki Əli əl-Salem hava bazasına və Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasının komandanlıq mərkəzləri və hərbi infrastruktur obyektlərinə zərbə endirilib. Vaşinqtonun ölkəmizə son hücumu iki ölkə arasında imzalanmış anlaşma memorandumunu və atəşkəs şərtlərini açıq şəkildə pozub. İran istənilən təhdidə dərhal və daha ağır cavab verəcək”.

İnqilab Keşikçiləri Korpusundan o da bildirilib ki, İranın cənubundakı Buşehr əyalətinin Hörmüz bölgəsində ABŞ-a məxsus  MQ-9 "Reaper" pilotsuz təyyarəsi də vurulub.

Xatırladaq ki, bundan əvvvəl ABŞ Mərkəzi Ordu Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Bəyanatda İranın ötən gün ticarət və neft tankerlərini vurmasına cavab olaraq, Sirik və Bəndər Abbas bölgələrində İnqilab Keşikçiləri Korpusuna məxsus 60-dan çox kiçik qayıq da daxil olmaqla 80-dən çox hədəfibn məhv edildiyi qeyd edilib.

Samir MUSAYEV

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR