Kriştiano Ronaldo jurnalistə hirsləndi: “Səndənmi soruşacam?”

Kriştiano Ronaldo jurnalistə hirsləndi: “Səndənmi soruşacam?”  

İDMAN

Bugün, 00:17

Məşhur portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-dakı növbəti rəqibləri İspaniya ilə oyundan əvvəl jurnalistlərdən birinin sualına hirslənib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında futbol həyatına davam edəcəyini deyən 41 yaşlı hücumçuya jurnalist “Bəs nə vaxt aktiv futbolla vidalaşacaqsan?”, - sualını verib.

Ronaldo suala qəzəbini gizlədə bilməyib: “Səndənmi soruşacam? Karyeramı nə vaxt bitirəcəyimə mən qərar verirəm, istədiyim vaxt, istədyim kimi də bitirirəm. Sizin kimi jurnalistlərin istədiyi üçün deyil. Səninlə, xüsusən də məni sevməyənlər bunu unutmasın! Bilirəm ki, sən də onlardan birisən!".

Xatırladaq ki, əfsanəvi futbolçu DŞ-2026-da hələlik 3 qola imza atıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR