Dövlət katibi qırmızı karta etiraz etdi: “Kaş ki, qərardan şikayət etmək imkanı olaydı”

Dövlət katibi qırmızı karta etiraz etdi: “Kaş ki, qərardan şikayət etmək imkanı olaydı”  

İDMAN

Bugün, 00:32

ABŞ Dövlət Katibi Marko Rubio DÇ-2026-da Bosniya və Herseqovina yığmasını məğlub edən Amerika millisinin hücumçusu Folarin Baloquna göstərilən qırmızı vərəqəyə etiraz edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, qızı Amanda Lorenlə Ağ Evdə gəzintidə olarkın suala cavabda danışıb.

Amerikalı hücumçuya göstərilən karta münasibəti soruşulan Rubio suala görə jurnalistə təşəkkür edib: “Çox gözəl sualdır. ABŞ milli komandası bu oyunda 2-0 qalib gəldi. Lakin hücumçumuz Folarin Baloquna göstərilən qırmızı vərəqə xoş olmadı. Məncə, qırmızı vərəqə ədalətli deyildi. Kaş ki, qərardan şikayət etmək proseduru olaydı. Amma yəqin ki, artıq çox gecdir".

Fərid

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR