DÇ-2026: illərlə unudulmayacaq Belçika inadı və ya qarşısıalınmaz ABŞ yığması növbəti mərhələdə!

DÇ-2026:  illərlə unudulmayacaq Belçika inadı və ya qarşısıalınmaz ABŞ yığması növbəti mərhələdə!

İDMAN

Bugün, 07:49

Ötən gecə DÇ-2026-da iki maraqlı oyun keçirilib.

Mia.az xəbər verir ki, Belçika yığması Seneqalla oyunda tarixi geridönüş edərək, müdhiş qələbə qazanıb.

Belə ki, Seneqal yığmasının  24 və 51-ci dəqiqələrdə vurduği qollarla 2-0 hesabı ilə irəli çıxdığı matçda hər şey oyunun bitməsinə 4 dəqiqə qalmış sürətlə dəyişib.

Belçika millisi 86 və 89-cu dəqiqələrdə məşhur hücumçu Romelu Lukakunun və əsas vaxta əlavə edilmiş yarımsaatın bitiminə saniyələr qalmış (120+5-ci dəqiqədə) Yuri Tielemansın penaltidən atdığı qolları ilə geridə olduğu oyunu 3-2 qazanaraq mərhələ adlayıb.

Seneqal isə turnirə vida edib.

Gecənin digər maraqlı qarşılaşması isə ABŞ millisi ilə Bosniya və Herseqovina arasında baş tutub.

Bu matçda isə ABŞ 2-0 qalib gələrək Beçikaya rəqib olub.

Oyundakı qollara 45-ci dəqiqədə Folarin Baloqan, 82-ci dəqiqədə isə Malik Tillman imza atıblar.

Onu da qeyd edək ki, Baloqan 64-cü dəqiqədə meydandan qırmzı kartla qovulub.

Fərid ASLAN

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR